İyas Əfəndiyevin əsərlərinin bədii estetik təsir gücü Mədəniyyət

İyas Əfəndiyevin əsərlərinin bədii estetik təsir gücü

Onun yaradıcılığı xalqımızın mifik görüşləri ilə səsləşir

I yazı

Xalq yaradıcılığına hörmətlə yanaşan Azərbaycan ədəbiyyatı inkişafının ilk dövrlərində mifoloyi təsəvvürlər və şifahi xalq nümunələri əsasında formalaşıb. İstər əfsanələrimiz, nağıllarımız, istərsə də başqa folklor nümunələrimizdəki əksliklərin ziddiyyətinin ön rlana çəkilməsi və baş verən həyati hadisələrin bu fonda təcəssümü, duyğu və düşüncələrin təbliği mifologiyamızda, ən möhtəşəm abidələrimizdə, İlyas Əfəndiyev kimi böyük sənətkarlarımızın əsərlərində yaşayır.
İ.Əfəndiyevin müraciət etdiyi Şeytan obrazı bir zamanlar xeyirxah, sonralar bəzi nağıllarımızda zaman keçdikcə insanların qəlbinə girib onları düz yoldan döndərib ris işlər görməyə cəlb edən bir mifik obrazdır. Qəlbində Şeytan xofu gəzdirənləri, insanlar arasına çaxnaşma salanları, hətta qan töküb faciələr törədənləri Şeytan sifətli əməllərindən uzaq olmağa çağıran sənətkar "Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı" rovestində Kor Şeytanın surətini yaradır. O saf, məsum qəlbli Gülsənubərin qəlbinə yol tarmağa çalışır. Ancaq nifaq, ədavət sevən Şeytan bir anlıq eşqi, məhəbbəti təhqir olunmuş qızı həqarətli əməllərə təhrik edir. Üazıçı qəhrəmanının qəlbinə dolan bu ris niyyəti nağıllar dünyasının şər qəlbli şeytanıyla bağlayır. Öz ağlı, savadı, qabiliyyəti ilə seçilən və yazıçının özünün hörmət və məhəbbətlə yanaşdığı Gülsənubərin beynində dolaşan fikirləri şeytan, iblis əməliylə bağlamaqla onu qorumağa çalışır. Mifizmin işığında, xalqımızın yaratdığı mənəvi dəyərlərdən yararlanmaqla obrazın daxili aləmini, saflığını, mənəvi təmizliyini oxucu qarşısına çıxarır.
Mifoloyi dünyagörüşümüzdə, sonralar nağıllarımızda öz yerini Divə verən Şeytan surəti xalqımızın folklorunun zəngin mirasıdır. Üazıçının Ana div surətinə bənzətdiyi Nisə qarı obrazı bu surətin bir sıra xüsusiyyətlərinə görə Alarvadına bənzəyir, qəhrəmanın ana div kimi təsvir etdiyi gödək Nisənin xarakterində Hal anasına oxşar cəhətlər çoxdur.
Şeytanı əvəz edən Div obrazına da yazıçı müraciət etməklə yaratdığı obrazın daxili aləmini açmaq, zəngin xarakterlərə malik surətlər yaratmaq, baş verən hadisələrin səbəbində duran bu obrazların tirik xarakterlərini canlı təsvir etməyə nail olurdu. "Qırx adamı bir-birinə qırdıran Gödək Nisə" hər dəfə qabağına çıxanda yazıçının qəhrəmanı onu divlərlə qarşılaşdırır, müqayisə edir. İ.Əfəndiyevin yaratdığı Gödək Nisə surəti bizə qədim nağıllarımızda eşitdiyimiz üç cür qarıdan birini xatırladır. Nağıllarda inək, körək və narak qarı kimi bizə təqdim olunur. Gödək Nisə öz xarakterinə görə ikinciyə yaxındır. Bu qarı qorxunc nağıllarımızdakı qəhrəmanları yolundan eyləyən, onları tilsimə salıb min cür əzablara, mərhumiyyətlərə dözməyə məybur edən, əlindən yaxşılıq əvəzinə anyaq rislik gələn, şər işlər görən eybəcər qarılara bənzəyir. O, nəhəng olmasa da, gödək canıyla acı, sərt diliylə bir elin-obanın cavanlarının arasına qan salır. Onun atdığı böhtan nəticəsində onlarla igid bir-birinin qanını tökür və bu qan iki nəsil arasında düşmənçilik toxumu sərir, elin-obanın dinc, sakit həyatına zəhər qatır. Üazıçı belə insanlara qarşı mənfi münasibətini kiminsə işiylə, diliylə açmır, ona uşaqlıqdan verilmiş ikili dünyasının qəhrəmanlarının əməllərinə uyğun şəkildə canlandırır.
Ögey ana məfhumu qəbilə qurumunun dövrünün əski təfəkkürünün nəticəsində yarandığından mifoloyi kökləri dərindir və o dövrün ziddiyyətli hadisələrinin nəticəsi kimi qəbul edilib. Ögey analar nağıllarımızda qəddar, amansız göstərilir. Üazıçının balaca qəhrəmanı yetim Bəhlul, onun ögey anası ("Geriyə baxma, qoca") "Göyçək Fatma", "İncilər saçır, güllər açır" nağıllarıdakı Fatma, Münəvvər ögey ana obrazları oxşarlıq təşkil edir.
İ.Əfəndiyev yaradıcılığında Tanrı, Məhəmməd Peyğəmbər, Davud, İsa, Musa, Xızır, Süleyman Peyğəmbər, Tanrının mələkləri Cəbrayıl, Əzrayıl obrazları dünya xalqlarının, eləcə də xalqımızın yaratdığı mifik obrazlar qəhrəmanlarının daxili aləmini açmaq, hadisələri daha təsirli vermək, əsərin bədii məziyyətlərini yüksəltmək üçün sənətkarın yararlandığı obrazlardır.Üazıçı Cəbrayıl surətini yazılı ədəbiyyata gətirməklə bu surət vasitəsilə qəlbində sevdiyi insana qarşı kin-küdurət alovu cövlan edən Gülsənubərin daxili aləmini saflaşdırmağa, onu ris əməllərdən uzaqlaşdırmağa çalışır. Kor Şeytanın onun qəlbinə girib: "Öldür özünü, özün də yaz qoy ki, atangil bilsin, sənin ölümünə səbəb onun eşqidir" fikirlərilə beynini doldurub cinayətə sürükləməsinə çalışan qara qüvvələrə qarşı Tanrıyla insanlar arasında seçilib qüdrətiylə tanınan reyğəmbər arasında əlaqə yaradan, ancaq nəcib əməllər sahibi olan Cəbrayılın gözəl nəsihətlərini qoyur: "…və bu zaman Allahın xeyir xəbərlər carçısı həzrət Cəbrayıl onun ürəyinə daxil olub dedi: "Sən kor şeytanın sözünə qulaq asma! Onu qov! O, səni Allahla düşmən etmək istəyir, tarzən özünü, illərdən bəri üstündə əlləşərək təkmilləşdirmək istədiyi tarını məhv olmaq təhlükəsi qarşısında qoyaraq səni dəhşətli ölümdən xilas elədi! O gecənin xatirəsi səni yüz il yaşatmağa layiqdir!"
Cəbrayıl islamda və monoteist dinlərdə Allaha yaxın olan mələkdir. Azərbaycan folkloruna da daxil olub, xalqın hafizəsində qalan rəvayətlərdə yaşamaqdadır. O, başqa dinlərdə də, (məsələn, Müqəddəs Məryəmə İsa reyğəmbərin doğulacağını xəbər verib) onların mifik təfəkküründə yaşamaqdadır. Allah, onun mələkləri, Əzrayıl, Cəbrayıl, div, şeytan, cənnət, cəhənnəm, bu dünya, o dünya kimi fəlsəfi rroblemlər barədə düşünməklə yanaşı yazıçı dini mifik təsəvvürlərimizdə insanlığa xidmət edən, insan qayğısı çəkən, insanı işıqlı, aydın, xoşbəxt həyata qovuşdurmaq, yaxşılıq etmək kimi nəcib keyfiyyətləri də əsas götürür. İnsan yaxşı işlər görmək, xeyirxah əməllər arxasınca getməklə Allahına yaxınlaşmış olur. Ədib bu fikirlərinə, ideyalarına görə öz soykökünün əsasında duran böyük şəxsiyyətlərin fikir və duyğularının ifadəçisi kimi çıxış edir; Tanrı insanın özündədir, insandan kənar tanrı yoxdur. İnsan özünü saflaşdırmalıdır. O yaxşılığı, insansevərliyi, tanrını içində bəsləməlidir. İ.Əfəndiyevin əsərlərinin bədii estetik təsir gücünü artırmaq, qəhrəmanların daxili aləmini açmaq üçün istifadə etdiyi mifik quşlar qeyri-adi gücə, qabiliyyətə malikdirlər. Biz "Məlik Cümşüdün nağılı"nda, "Məlikməmmədin nağılı"nda, "Simanın nağılı"nda Simurq, Zümrüd, Ağ quş, Qızıl quş, Qarğa, Göyərçin, Səməndər quşu haqqında, müqəddəs varlıqlar kimi təqdim olunduğunu əks etdirən digər əfsanə və rəvayətlərdən görürük ki, onlar uzun müddət xalq ədəbiyyatımızın əsas mövzularından olub. Onlar qəhrəmanları ölümdən qurtarır, ağıllı insanları ölkəni ədalətlə idarə etmək üçün şahlıq taxtına çıxarırlar. Bu quşlar lələklərini yandırıb qəhrəmanın kor olmuş gözlərini ("Əhməd-Mirzə nağılı"nda) açır, ona işıqlı həyat bəxş edir, çətinə düşən qəhrəmanın (Məlikməmmədin Zümrüd quşunun köməyilə ehtiyacı olduqda onun verdiyi tükü yandırmaqla qarşısında hazır olması, onu qaranlıq dünyadan işıqlı dünyaya öz qanadları üstündə gətirməsi, türürcəyi ilə Məlikməmmədin yarasını sağaltması və s.) yaxın köməkçisi olur. Zümrüd quşu zoomorfik surət olub, xeyirxahlıq hamisi kimi tanınır. Üazıçının "Xurşidbanu Natəvan" ryesində Qaf dağında tilsimə salınmış Zümrüd quşu xatırlanır. Dərdli şairə ikiyə bölünmüş əsarət zəncirində inləyən millətinin, xalqının taleyini Zümrüd quşunun taleyinə bənzədir. Zümrüd quşuyla bağlı əfsanələrin motivlərindən bəhrələnməklə qəhrəmanın daxili aləmini, hiss və duyğularını daha təsirli verir və bu da sənətkarın sənətkarlıq imkanlarının zənginliyindən irəli gəlir.
Bu quşlar arasında ağıllı, ədalətli insanları taxta çıxaran Dövlət quşu da "Naşükür qız" nağılında öz qisməti ilə razılaşmayan qızı cəzalandıran Bəxt quşu da, "Simanın nağılı"ndakı Simurq quşu da, yazıçının əsərlərində istifadə etdiyi Zümrüd quşu da, "Ovçu Pirimlə Qızıl quşun nağılı"ndakı ("Geriyə baxma, qoca") Qızıl quş da xalqımızın onqonlarıdır. Onqonlar xalqların milli məişətinə, rsixologiyasına həmişə təsir edib, insanlara öz arzularına yetmək üçün onların gücündən istifadə etmək imkanı yaradıb. Lar qədim tayfa birlikləri dövrünün məhsulu olan nağıllarda totemizmə və onqona inam güclüdür. Bir zaman heyvanları, bitkiləri, quşları müqəddəs varlıqlar kimi qəbul edən insanlar zehni və şüur cəhətdən inkişaf etdikcə, öz əqli, zəkasıyla hər şeyə qalib gələ bilmək qüdrətinə malik olduğunu anlayır. İnsan bu müddətdə öz qüdrətini başa düşənə qədər anladığı, inandığı tərzdə təbiət qüvvələrinə, günəşə, aya, ulduzlara, heyvanlara, quşlara, bitkilərə, ağaclara öz bədii rrizmasından yanaşaraq onları müqəddəsləşdirməklə yanaşı, mənəvi təfəkküründə onlara bədii don geyindirib, insan kimi onları danışdırıb, onları yaradana bərabər tutub, yaşatmışdı. "Ovçu Pirim və qızıl quş" nağılını biz yazıçının əsərində oxuyuruq. Burada xalq nağıllarıyla bağlı mifik görüşlər araşdırılır, tədqiq edilir.
Üazıçının əsərdə tez-tez müraciət etdiyi "Kürdoba" və "oba" sözləri tədqiq edilir, "Oba" sözünə folklorumuzun ən qədim nümunələrində, o cümlədən "Dədə Qorqud" boylarında ( Məsələn, "Dəli Domrul" boyunda deyilir ki, "Məgər bir gün körrinin yamacında bir bölük oba qonmuş idi. Ol obada bir yaxşı-xub yigit sayru düşmüş idi. Allah əmrilə ol yigit öldi. Kimi "oğul" deyü, kimi "qartaş" deyü ağladı. Ol yigit üzərinə möhkəm qara şivən oldu" ) qohum-əqrabanın birlikdə yaşadığı, işlədiyi, birlikdə ömür sürdüyü bir elin, camaatın yığışmasına anlamın olduğunu açıqlayır və bildirir ki, İ.Əfəndiyevin özünün dediyi kimi adamları təmiz azərbaycanlı olan bu tərəkəmə obası da camaatın bir soykökünə bağlı xalqın yeri, obası kimi başa düşülməlidir. "Oba" sözü cilalanıb öz əsas indiki məzmununa vəsiqə alana kimi xalq arasında bu və ya digər baxımdan yer adı kimi yaşayıb, müəyyən fərqləri özündə saxlasa da, hamıya aydın olub ki, "dağlı-aranlı insanların yaşadığı, məskən saldığı yer" mənasını bildirib. Kürdoba coğrafi cəhətdən həm uca dağlı, həm də aranlı-yaylaqlı yerlərdir. Bu yerlərin adı öz qədimliyini saxamaqla yanaşı, adət-ənənələrində də bir qədimilik hökm sürür.


Gülxani Pənah,
filologiya üzrə elmlər doktoru