14:18
693
“Şuşa şəhərinin 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nı təsdiq edilib.
Baş nazir Əli Əsədov bu barədə sərəncam imzalayıb.
Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üzrə əlaqələndirici orqan Dövlət Turizm Agentliyi müəyyən edilib. Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlər Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində aidiyyəti icraçı qurumlar üçün ayrılmış vəsaitlər və qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdiriləcək.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
23 Oktyabr 12:36
1 715
22 Oktyabr 12:40
2 170
22 Oktyabr 12:03
1 988