ARDNŞ Rusiyaya qaz ixracını bərpa edib İqtisadiyyat

ARDNŞ Rusiyaya qaz ixracını bərpa edib

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bir neçə gündür Rusiyaya qaz ixracını bərpa edib. "APA-Economics"in məlumatına görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, ixracın həcmi sutkada 2 mln. kubmetrə bərabərdir.
Qeyd edək ki, Azərbaycan qazının Rusiyaya ixracı bu ilin əvvəlində dayandırılıb. Buna səbəb Bakı-Dağıstan avtomobil yolunun tikintisində aparılan təmir işləri olub.