İyunda istehlak qiymətləri indeksi 99,7 faiz olub İqtisadiyyat

İyunda istehlak qiymətləri indeksi 99,7 faiz olub

İyunda istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 99,7 faiz, bu ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 103 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan və bazis inflyasiyası kimi qəbul edilmiş istehlak qiymətlərinin bazis indeksi cari ilin iyun ayında may ayı ilə müqayisədə 100,2 faiz, bu ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 102,2 faiz olub. Ötən ilin iyun ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 98,5 faiz, bu ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 105,5 faiz təşkil edib. İyunda qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 100,1 faiz, bu ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 101,3 faiz olub. Bu ilin iyun ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 100,9 faiz, cari ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 101 faiz olub.