“Avropanın bizə ehtiyacı var” Müsahibə

“Avropanın bizə ehtiyacı var”

Əli Babayev: "Həm Azərbaycan, həm də Gürcüstan mühüm geostrateji bölgədə yerləşir"

"Azərbaycan dili getdikcə passiv dilə çevrilir, bu sahədə kadrlarımız azdır"

Gürcüstanda baş verən proseslər həmişə Azərbaycan üçün maraq kəsb edib və mediamızın diqqət mərkəzində olub. Çünki oarada 500 mindən artıq soydaşımız yaşayır, eyni zamandsa Gürcüstan Azərbaycanın strateji tərəfdaşıdır. Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev BayMediaya müsahibəsində baş verən proseslərdən, yaxın və uzaq perspektiv üçün gözlıəntilərdən danışdı.

- Hazırda Qafqaz regionunda qarışıq geosoyasi durum hökm sürür. Ermənistan Rusiyaya yaxındır, Gürcüstan isə Avropaya inteqrasiya yolunu seçib və NATO-nün üzvü olmağa çalışır. Azərbaycan isə bölgədə həmişə müstəqil siyasət yürüdüb. İşğalçı ölkə istisna olmaqla bütün qonşuları ilə normal münasibəti var ki, bu da uğurun bir parçasıdır. Təbii ki, biz istəyirik ki, Gürcüstan inkişaf etsin, Avropaya inteqrasiya olunsun, eyni zamanda MDB ölkələri ilə əlaqərini davam etdirsin. Amma gəlin görək Avropa Gürcüstana nə verib? Bu siyasi kurs nəticəsində Gürcüstan torpaqlarının 20 faizini itirib. Avropa yalnız kağız üzərində Gürcüstanı müdafiə edib, bəyanat verməklə kifayətlənib və maddi dəstək verib. Bir addım da olsun belə praktiki dəstək verməyib. Saakaşvilinin hakimiyyətdə olduğu dönəmi təhlil edək: Onu Qərb hakimiyyət gətirdi. Saakaşvili hakimiyyətdə olduğu dönəmdə sadəcə Avropa parlamentində öz hakimiyyəti üçün lobbi qazandı. Onun dönəmində olan bütün seçkilər saxta idi. Bunu gürcü ictimaiyyəti və Gürcüstanda yaşayan hər bir millət bunu yaxşı bilir. Gürcüstanda prezident və ya parlament seçkilərinin 90 faizində saxtakarlıq halları olurdu. Amma Avropa parlamenti və digər təşkilatlar buna müsbət rəy verir və seçkinin demokrtatik keçirildiyini bildirirdilər.

- Belə çıxır ki, Saakaşvilinin Gürcüstana demokratiya gətirməsi yalnız görüntü idi?

- Saakaşvil dönəmində seçkilər polis, güc strukturlarının təzyiqi ilə baş tutur, deputatlar seçilmir, təyin olunurdular. Eləcə də azərbaycanlı deputatlar saxta yolla seçilirdilər. Azərbaycanlıların böyük əksəriyyəti onlara səs verməsə də saxta yolla parlamentə düşə bilirdilər. Hakimiyyət onlar deputat təyin edirdi. Fikir verin, onlar parlamentin iclaslarında bir dəfə çıxış ediblərmi, azərbaycanlıları müdafiə ediblərmi? Əlbəttə ki, yox.
Sakaşvili hakimiyyəti zamanı Avropa və digər ölkələrdən Gürcüstan hakimiyyətinə 21 milyard dolardan artıq qrantlar ayrılıb. Gəlin görək 21 milyardlıq Gürcüstanda nə iş görülüb? Heç nə. Məhkəmələr, prokurorluq və polis idarələri inşa olunub, vəssalam. Gürcüstanda yarım milyondan artıq qaçqın pis vəziyyətdə idi. Həmin qaçqınlarla bağlı da qrant alırdılar. Həbsdə olan 30 min dustaqla bağlı da qrant alırdılar. Guya Avropa qurumları bilmirdilər ki, Gürcüstan həbsxanalarında hansı proseslər getdiyini?
Saakaşvilinin guya demokratik inqilab etdiyi, guya demokratik islahatlar keçirməsi yalnız görüntü xaraklteri daşıyırdı və bunu da reklam edən Avropa Parlamenti idi. Əksinə, Sakkaşvili dönəmində antidemokratik siyasi mühit hökm sürür, bunlar azmış kimi əhalinin sosial rifah halı da pisləşirdi. Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar Gürcüstanda gedən antidemokratik hallara göz yumurdular.

- Yeri gəlmişkən Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə münasibətiniz necədir?

- Mən tərəfdarıyam ki, Avropa və digər ölkələrdən elmi texniki tərəqqini və digər keyfiyyətləri götürək, eyni zamanda onlar da bizdən götürsünlər. Çünki bizim də böyük tariximiz və inkişaf yolumuz var. Avropadan Qafqaza çoxsaylı adlı-sanlı insanlar gəliblər və onlar öz xatirələrində azərbaycanlıların və gürcülərin yüksək mədəniyyətə malik olduğunu qeyd ediblər.
Bu gün Azərbaycanın Dağlıq Qarabağ kimi problemi, 1 milyondan artıq qaçqını var. İndiyə qədər Avropa Parlamenti və yaxud Minsk qrupu tərəfindən effektiv, praktiki bir addım atılıbmı? Əksinə biz ikili standart görmüşük, işğalçı ilə işğala məruz qalana eyni prinsiplə yanşıblar, hətta bizi təslimçi sülhə getməyə də məcbur etmək istəyiblər. Bu cür riyakar, iküzlü siysət yürüdən Avropa Parlamentinin Azərbaycanla bağlı nəsə deməyə haqqı çatırmı? Bunlar azmış kimi sanksiyalarla hədələyirlər. Niyə görə işğalçı, terroçu dövlətə sanskiya tətbiq etmirsiniz, hətta onu öz adı ilə - işğalçı deyə çağırmırsınız?
Azərbaycanın 1 milyon, Gürcüstanın isə yarım milyon qaçqını var. Məgər onlar insan deyil? Onların hüquqları yoxdur? Niyə sizə sərf etməyəndə, çıxarlarınız olmayanda onları görməzdən gəlirsiz?
Bu gün Avropa Azərbaycana yox, Azərbaycan Avropaya laızmdır. Həm Azərbaycan, həm də Gürcüstan mühüm geostrateji bölgədə yerləşir. O üzdən də Avropanın bizə ehtiyacı var.

- Azərbaycan parlament seçkiləri ərəfəsindədir. Gözləntiləriniz nədir?

- Azərbaycanda indiyə qədər normal seçkilər baş tutub. Amma mənim böyük ümidim var ki, bu dəfə parlamentə Azərbaycanda nüfuzlu ziyalılar daha çox düşəcəklər. Politoloqlar, siyasətçilər namizədliklərini irəli sürüblər. Gələcək üçün dəyişiklik, islahatlar vacibdir. O üzdən də hesab edirəm ki, bu dəfə parlamentə daha gənc, intellektual, enerjili insanlar seçiləcəklər. Yaşlı nəsilə heç bir iradım yoxdur. Onlar da bu dövlət üçün xidmət göstəriblər. Amma gəncləşmə mütləq lazımdır.

- Gələn il həmçinin Gürcüstanda da parlament seçkilkəri keçiriləcək. Qatılmaq fikriniz varmı və nə qədər iddialısınız?

- 20102-ci ilin oktyabrından sonra Gürcüstanda baş tutan seçkilərdən sonra dünyaya sübut olundu ki, demokratik seçki keçirmək mümkündür. Arzu edirik ki, gələcəkdə Gürcüstan parlamentində layilqi insanlar olsun. Gürcüstan vətəndaşı olmayan və gürcü dilini bilməyən insanların parlamentə düşmələri normal hal deyil.
Təbii ki, gələn il seçkilərə qatılacağam. Hesab edirəm ki, Gürcüstan parlamenitndə azərbaycanlıları təmsil edən deputatlar gürcü dilini bilməli, intellektual, əlaqələri geniş olan şəxslər olmalıdırlar ki, öz xalqlarına yardımçı ola bilsinlər, onların hüquqularını yüksək səviyyəsdə qorumağa nail olsunlar. Bu üzdən gələn seçkilərə qatılmaqda qərarlıyam və qalib gələcəyimə əminəm.

- Hazırda Gürcüstanın iqtisadi inkişafını necə dəyərləndirirsiniz?

- Rayonlarda böyük layihələr reallaşdırlır, investisiya yatırımları artır. Amma buna rəğmən dolların kursu stabil deyil. Onu da nəzərinizə çatdırıram ki, Saakaşvili dönəmində məhbusların sayı 35 min idisə, indi bu rəqəm 7 minə enib. Yeni məktəblər, uşaq baxçaları inşa olunur. Ömrü boyu su çəkilməyən kəndlərə su çəkilir. Təhsil, səhiyyə sahəsində ciddi irəliləyişlər var. Tibbi sığorta kasıb təbəqə üçün böyük əhəmiyyət kəsb edir. Dövlət vətəndaşın səhhət ilə bağlı xərclərinin 70 faizni öz üzərinə götürür. İnsan hüquqları tapdanmır, kriminal hadisələrin, eyni zamanda "qanuni oğru"ların sayı azalıb. Hər bir insan özünü müstəqil sayır. Kənd təsərrüfatı ikişaf edir. Gürcüstana energetika sahəsində də böyük investisiya yatırılır. Bu də gələcəklə bağlı ümidli danışmağa əsas verir.
İqtisadi layihələrin reallaşdırılması da Gürcüstanla Azərbaycan əlaqələrinə böyük töhfələr verir. Bu yaxınlarda biz, Bakı-Tiflis-Qars dəmiryolu xəttinin açılışının şahidi olacağıq. Əlbəttə problemlərimiz də var. Azərbaycan dili getdikcə passiv dilə çevrilir, bu sahədə kadrlarımız azdır. Ona görə də mən sizin mətbu orqan vasitəsilə Azərbaycan rəhbərliyinə, cənab prezidentə müraciət etmək istəyirəm bu işdə öz köməkliyini göstərsin. Azərbaycan dili ixtisasıl üzrə Gürcüstandan hər il müəyyən qədər abituriyent gəlib Azərbaycanda oxusun ki, orada da ana dili inkişaf etsin.

Əli