“Şeşəngi” saz havası Ədəbiyyat

“Şeşəngi” saz havası

2-ci yazı

Ural-altay xalqları, daha çox da türklər, tarixən hərbiçi-döyüşçü olduqları üçün, onların genetik müsbət keyfiyyətlərindən biri qəhrəmanlıq, fatehlik ruhudur. Buna görə də, onların epik yaradıcılığında qəhramanlıq dastanları digər genetik-etnik dünyalara aid xalqların uyğun sahələriylə müqayisədə çoxdan-çoxdur. Öz növbəsində qəhrəmana da xas olan əsas yüksək səviyyəli xüsisiyyətlər məğrurluq, qürurluq, vüqarlıq, alturizmdir – düşməni, zalımı alçaldıb, diz çökdürüb, cəzalandırıb əfv etmək, gücsüzü qoruyub saxlamaq, xalqın xoşbəxtliyi üçün özünü qurban verməkdir. Türk ruh halını səciyyələndirən qeyd edilən yüksək dəyərlər istər xalq, istərsə də şəxsi səviyyədə olsun gerçək tarixi hadisə kimi yaxın keçmişdə, Srım-batır ətrafında yaranmış kiçik hadisədə onun milli, şəxsi keyfiyyətlərini açıqca ortaya qoyur. Epik yaradıcılıqda, xüsusən də qədim dastanlarda həmin mövzu, süjet daha mifopoetik səviyyədə yaradılır. Türk ictimai-siyasi, mədəni, mənəvi-ruh həyatında bütün ozan-akınlar cəmiyyətə təsirdə öz keyfiyyətlərinə görə həm şaman (peyğəmbər) – lider, həm xalqın ruh halını nəsildən-nəsilə ötürən saz-söz ustaları, həm də yeri gələndə düşünmədən xalqı üçün ölümün gözünə dik baxan döyüşçülərdir. Bütün dövrlərdə xalqın milli ruhda tərbiyələnməsində ozan-aşıqlar, şamanlar, dastan qəhrəmanları, müsbət səviyyəli tarixi nüfuzlu şəxsiyyətlər (Dədə Qorqud, Xətayi, Koroğlu, Srım-Batır, Aşıq Nəcəf və s.) gerçək, xəyali dünyalara aid olmalarına baxmayaraq eyni dərəcədə əhəmiyyət daşıyıblar. Qarşılıqlı tarazlıqlı səviyyədə biri o birinin dəyərini artırıb, qoruyub saxlayıb. Qeyd eilən fikrə eyni münasibət müasir monqol-buryat folklorşünaslığında da qorunur. Həmin yanaşma haqda M.V.Purbuyeva yazır: "Buryat folklorunda şamanlara aid mətnlərdə, mövzularda əsas yeri böyük şa-man¬lar haqda məlumatlar tutur. Şamanlar haqda nəsr şəkilli folklor əsərlərində on¬la¬rın surətləri elə təsvir olunur ki, onlar həm nağıletmənin əsas qəhrəmanları olurlar, həm də eyni zamanda mifoloji qəhrəmanlarla gerçək tarixi şəxsiyyətləri birləşdirib əks edirlər".
Buna görə də şamanların (din xadimləri), ozanların qədim dövrdən başlayaraq müasir dövrədək davam etmiş fəaliyyətlərinin xüsisiyyətlərini araşdırmaq üçün ardıcıllıqla hadsələrin inkişaf təkamülünə baxılmalıdır. Buradan da "şeşəndiy"in "Şeşəngi"yədək çevrilməsi aydınlaşar. Müqayisələr göstərir ki, "şeşəndilik", "şeşən¬gi" xüsusiyyəti daha çox epik yaradıcılıqda dastan qəhrəmanlarına xas olur. Həmin qavrayışların yaranmsının başlanğıcı da qədim mifoloji görüşlərlə, inanclarla, arxaik folklor janrları ilə bağlıdır. Həm də bu xüsusiyyət ural-altay xalqlarının epik yaradıcılığında eyni mahiyyət daşıyır.
Folklor janrlarının müxtəlif, müstəqil çoxsaylı sahələrə ayrılmasına bax¬ma¬ya-raq, öz başlanğıcını bir-biri ilə əlaqəli olaraq, vahid mənbədən - mifo¬loji düşüncə döv¬rün¬dən alır. Ətraf mühiti dərk etmək üçün ibtidai insanların şüurunda fövqəl-təbii, mifik düşüncənin nəticəsi kimi yaranan arxaik folklor janrlarında magik ayinlər, çağırışlar həm də onların təbiət qüvvələri qarşısında gücsüzlüklərini müdafiə məqsədi güdürdü. Gerçək ictimai həyatı və mifoloji şüuru ayrılmaz halda birləşdırən həmin düşüncə uzun tarixi zaman ərzində tədricən digər fərqli arxaik folklor janrlarının da yaranmasınadək inkişaf edib çevrilib. Belə çevrilmələr inancların, magik ayin¬lə¬¬rin sonra xalq oyun və tamaşalarına qədər inkişaf etməsinə gətirib çıxarır. Buna görə də epik yaradıcılığın janrlarında, xüsusən də qədim yaşlı qəhrəmanlıq dastan¬la¬rın¬da magik ayin xüsu¬siy¬yə¬ti daşıyan səhnələrə, hadisələrə oyun və tamaşaların ibtidai, ilk rüşeym şəkli kimi baxılmalıdır. Bu vəziyyət bütün arxaik folklor, epik janrlarının əsas xüsusiyyətlərini özündə cəmləşdirən ural-altay xalqlarının ortaq "Qeser" kimi qədim nəhəng qəhrəmanlıq dastanlar toplusunda özünü daha aydın şəkildə göstərir. Dastanın əsas qəhrəmanı Qese¬rin ətrafında yaranmış hadisələrdə: düşmənləri çoxsaylı manquslarla vuruşlarda; təbiət, kosmos varlıqlarına sitayişdə və s. vəziyyətlərdə daima ayin, oyun məzmunlu səhnələr təsvir olunur. Folklorun gerçək tarixində özündə heç bir jan¬rın əlamətlərini birləşdirməyən, janr müəyyənliyi dəqiq bilinməyən mətnlər də olur. Bunlarda ayrı-ayrı janr xüsusiyyətlərinin çarpazlaşması, qarşılıqlı münasibəti müşahidə olunur. Məsələn, lirik məişət nəğmələri mərasim folklorunun tərkibinə daxil olur. Bəzi mətnlərdə bir folklor janrının daha arxaik növdən, onun ayrı-ayrı hissələrindən yaranması, törəməsi, ayrılması özünü göstərir; sehirli nağıl, mifdən "boy atır". Belə keçid ərəfədə, amorf – ikili vəziyyətdə olan mətnlərdə hər hansı bir janrın dəqiq müəyyənləşdirilməsi ziddiyyətli hal yaradır. Arxaik folklor, epik janrların xüsisiyyətlərinin bu cür çarpazlaşması daha çox qədim yaşlı dastanlarda özünü göstərir. Bir qayda olaraq, ural-altay xalqlarının epik dastanlarında qəhrə¬man¬lar düşmənləri, rəqibləri ilə qarşılaşdıqda vuruşdan öncə bir-birlərinə sözlə hədə-qorxu gəlirlər. Sözlə döyüşdən sonra dastan qəhrəmanları xüsusi ardıcıllıqla, silahlarla döyüşürlər, bir nəticə hasil olmayanda əlbəyaxa olurlar, güləşirlər. Hər nə qədər döyüş səhnələri das¬tanların ayrılmaz parçaları olsalar da bunlar tədricən zaman ərzində xalq yad¬da¬şın¬da "Zorxana", "Qurşaqtutma", "Hərbə-zorba" kimi oyun və tamaşalara çev¬rilib, bundan sonra da uşaq oyunlarınadək inkişaf edib. Arxaik folklor, epik janrları arasında mifopoetik yaradıcılıq dövründən başlayaraq davam edən həmin çarpazlaşmalar, çevrilmələr, ayrılmalar tədricən genetik, tipoloji xü¬susiy¬yət kimi yığcam halda həm "Şeşəndiy"in yaranmasında, həm də bundan "Şeşəngi"nin şəkilləşməsində öz təsirini göstərib.
Epik yaradıcılığın özü qədər əhəmiyyətə malik sahələrindən biri də dastan söyləmə ənənəsi-ayrı-ayrı xalqlara, mühitlərə, bölgələrə aid ifaçılıq tərzləri, aşıqların şəxsi istedadlarıdır. Həmin cəhətdən Şirvan aşıq mühiti də təkrarsız ifaçılıq xüsisiyyətlərinə malikdir. Əvvəlki səhifələrdə qeyd edildiyi kimi, bu mühitin aşıq¬la¬rı¬nın daha çox istifadə etdiyi əsas saz havalarından biri də "Şeşəngi"dir.
Şamanların, ozan-aşıqların duaları, ayinləri, ifaları mifologiya ilə inanclarla, ruhla, xalqın müqəddəs dəyərləri ilə əlaqəli olduğu üçün, onların hərəkətləri də həmin görüşlərə aid uyğun xüsusiyyətləri təqlid, ehtiva edir. Həmin cəhətdən Şirvan aşıqlarının "Şeşəngi" havasının sədaları altında etdikləri hərəkətlər, aldıqları ruh halı xüsusi ilə diqqət çəkir. Onlar sinələrini qabardıb önə verərək, başlarını dik tutub önə baxaraq, ayaqlarıyla dəqiq ölçülüb-biçilmiş hərəkətlər edərək məğrur, qürurlu gör¬kəm alırlar. Bütün bunlar hər hansı bir təriqət ayinlərinin icrasına bənzəyir. Əslində təriqətçiliklə əlaqə yoxdur, qədim türk dini şamançılığa aid köklü xüsisiyyətlərin şüuraltı səviyyədə qorunan oyanışlarıdır. Türklərin müxtəlif tarixi dövrlərdə bilə¬rək¬dən fərqli dünyəvi dinlərə daxil olmalarına baxmayaraq, maddi-mədəni, mənəvi-ruh sahədə qədim inanclar, köklü genetik xüsisiyyətlər daimi qorunub saxlanıb. Bunu makro səviyyədə böyük tarixi hadisələr də əsaslandıraraq təsdiqləyir. Hun, Göy Türk, Avar, Bulqar Xaqanlıqları dövründə türklər özlərinin genetik Tək Tanrı inancı ilə bütün Avrasiyanı idarə edirdilər. Xəzər xaqanlığında yəhudilikdə; Uyqur xaqan¬lı¬ğın¬da, manixeyçilik, buddaçılıqda; peçenek-kumanlarda xristianlıqda; Monqol-tatar dövründə buddaçılıqda, Tək Tanrıçılıqda; Qəznəvi, Səlcuqlu, Xarəzmşah, Qızıl-Orda, Moqol, Səfəvi, Məmlyük, Osmanlı imperiyalarında islamda eyni üstünlükləri var idi. Hərbi-siyasi, maddi-mədəni, mənəvi-ruh cəhətdən bütün bu üstünlüklər daha çox semit-hamit mənşəli dünyəvi dinlərin türklərə ehtiyacı olduğunu bir daha təsdiqləyir. Semit-hamit mənşəli yəhudi, xristian, islam dini türklər üçün tarix ərzində müvəqqəti don vəzifəsi daşıyıb. Türksoylu tayfalar siyasi çıxarlar uğrunda qəsdən yad ruh¬lar¬dan istifadə ediblər, dinləri yaradan semit-hamitlərdən daha çox gücləndiriblər.
Ozan-akın-yırçı-bakşı-aşıq yaraıcılığında da buddaçılığın, lamaçılığın, islamın müəy¬yən təsirinə baxmayaraq eyni inkişaf mərhələləri keçilib. Qədim köklü şa¬man¬çılıq, ozançılıq xüsisiyyətləri, genetik türk ruh halı daimi öz hakimliyini qoru¬yub saxlayıb.
Digər aşıq mühitlərindən fərqli olaraq "Şeşəngi" havasının Şirvan aşıq mühitində daha əsaslı qaynağa malik olması, geniş yayılması da təsadüfi deyil. Yəqin ki, havanın yaranışı elə bu mühitlə əlaqəlidir və sonradan Azərbaycanın digər bölgələrində özünə yer tapıb.
"Şeşəndiy"in "Şeşəngi"yə çevrilməsi genetik xüsisiyyət kimi özünü göstərməklə daha əvvəlki yüzillikərdə yaranmış mədəni-ruh inkişaf hadisəsidir. "Koroğlu" dastanının ruh qatı Türkistanla, tarixi əsasları Os¬man¬lı-Səfəvi münasibətləriylə əlaqəli olduğu kimi, "Şeşəngi" havası da tarixi-ruh baş¬lan¬ğı-cını bütün cəhətlərdən "Şeşəndik"dən alıb. Bir genetik-etnik dünyanın mədəni-ruh sahəsində gedən qanunauyğun inkişafı başqa oxşar sahələrdən də müəyyən¬ləş¬dir¬mək olar.
Orta əsrlərdə (IX-XVI) Mərkəzi Türküstanda, Çaç (Daşkənd) şəhəri ətrafında yaşayn türklərin həyatında əsgərlərin, xalqın toplanması və ozan-bakşıların qəh¬rə¬man¬lıq dastanları söyləməsi üçün xüsusi böyük çadır qururdular, buna "hargah" deyilirdi. Çox, yəqin ki, muğamatda "cahargah" şöbəsinin adı fars sözü "çahar" - dördlə əlaqəli deyil, təkamül olaraq Çaç və hargah adlarının birliyindən tədricən yaranıbdır (Çaç – hargah, "ç" səsinin düşməsi, çahargah). Türk-islam və dünya musiqisinin əsasını (7 not) yaradan dahi Fərabinin vətəni də bu bölgədir. Bu qa¬nu¬na¬uy¬ğunluqla həm də "Şeşəngi"nin yaranmasını digər tərəfdən də əsalandırmaq olar. Atların əhliləşməsinin arxeoloji məlumatlara görə Sibirlə, Altayla, Mərkəzi Asiya ilə əlaqəli olmağı, ural-altay xalqlarının mifologiyasında, epik ənənəsində at kultunun, motivinin bütün dünya xalqlarının şifahi yaradıcılığına təsiri məsələsi folk¬lor¬şü¬nas¬lıqda qəbul olunmuş qəti elmi fikirdir. Bu cəhətdən türklərin döyüşçü ruhunu, qəhrəmanlıq əhval-ruhiyyəsini artıran, qan coşduran "cəngi" havası ilə onların ay¬rıl¬maz silahdaşları atların iki arxa ayaqlar üstə qalxmalarına "şeşəyə qalxma" demə-lə¬rinin birliyindən Şeşə-cəngi, "cə"nin düşməsi ilə "Şeşəngi" yaranır.


Tahir Nəsib
filologiya üzrə fəlsəfə doktoru