“Düşmən işğalı altında olan torpaqlarımıza nəzarət bizim imkanlarımız daxilində deyil” Siyasət

“Düşmən işğalı altında olan torpaqlarımıza nəzarət bizim imkanlarımız daxilində deyil”

Elman Məmmədov: "Dağlıq Qarabağ ərazisindəki tarixi abidələrin, o cümlədən digər binaların taleyi bu gün də əsas müzakirə mövzusudur"

"Düşmən işğalı altında olan torpaqlarımıza nəzarət bizim imkanlarımız daxilində deyil". Bunu deputat Elman Məmmədov deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ ərazisindəki tarixi abidələrin, o cümlədən digər binaların taleyi bu gün də əsas müzakirə mövzusudur: "Ermənilər Dağlıq Qarabağ müharibəsi zamanı ən böyük qətliamın yaşandığı Xocalıda şadlıq sarayı inşa edir. 250 nəfərlik şadlıq sarayı separatçı Qarabağ rejimi və "Hayastan" ümumerməni fondunun birgə maliyyəsi hesabına tikilir. düşmən işğalı altında olan torpaqlarımıza nəzarət bizim imkanlarımız daxilində deyil. Onun sözlərinə görə, Dağlıq Qarabağ ərazisindəki tarixi abidələrin, o cümlədən digər binaların taleyi bu gün də əsas müzakirə mövzusudur:
"İşğal altındakı ərazilərdə olan abidələrə bizim nəzarət imkanımız yoxdur. Hərbi münaqişə başa çatmayınca, torpaqlarımız işğaldan azad olunmayınca, mövcud vəziyyət davam edəcək. Prezident, o cümlədən Xarici İşlər Nazirliyi bu barədə daima beynəlxalq qurumlara məlumat verir.
Tələb edirlər ki, qanunsuz məskunlaşmanın qarşısı alınsın. Ancaq Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olan beynəlxalq qurumlar bu məsələnin Azərbaycanın xeyrinə həlli ilə bağlı heç bir addım atmır. Əksinə, işğalçı rejim dünyanın müxtəlif yerlərindən əhalini köçürüb burada məskunlaşmasına şərait yaradır".
Deputat Xocalıda şadlıq sarayının tikilməsi məsələsinə də mövqeyini bildirib: "Əgər bu gün torpaqlarımız işğal altındadırsa, o zaman işğalçı tərəf orada istədiyini edəcək. Biz bunların qarşısını almaq ixtiyarında deyilik.
Bu məsələ ilə bağlı əlimizdən gələn tək şey müvafiq qurumlara müraciət etməkdir, bunu da edirik. Ancaq məlum məsələdir ki, müraciətlərimiz heç bir nəticə verməyəcək. Belə olduğu halda bizim yalnız bir yolumuz qalır, o da torpaqlarımızı işğaldan azad etmək. Yalnız bu yolla işğalçı tərəfi torpaqlarımızdan çıxarıb həmin ərazilərdə öz statuslarımızı yenidən bərpa edə bilərik".