“Radikal müxalifətin heç bir gücü yoxdur” Siyasət

“Radikal müxalifətin heç bir gücü yoxdur”

"Azərbaycanda mövcud şərait insanları qane edir. Ona görə kütləvi etiraz aksiyalarının keçirilməsinə ehtiyac yoxdur". Bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib. O bildirib ki, referendumdan sonra etiraz aksiyalarının olacağını iddia edənlər proqnozlarında yanılırlar: "Hər bir təşkilat "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun tələblərinə uyğun aksiya keçirə bilər. Lakin radikal müxalifətin sosial bazası olmadığı üçün aksiya keçirə bilmirlər. Yəni, ölkədəki radikal müxalifətin heç bir gücü yoxdur. Onlar, sadəcə nağıl danışırlar". Qeyd edək ki, Azərbaycanın Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) sentyabrın 26-da keçiriləcək.