Uorlikin “Twitter” səhifəsi Siyasət

Uorlikin “Twitter” səhifəsi

Hovruz Məmmədov: "Hərdən elə təəssürat yaranır ki, cənab Uorlik Dağlıq Qarabağ münaqişəsini "Twitter"də həll etmək istəyir"
Riçard Morninqstar: "Ukraynadakı vəziyyət Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini nümayiş etdirir"
Natali Qulye: "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Minsk Qrupunun siyasi iradəsi çatmır"

ATƏT-in Minsk Qrupunun həmsədri Ceyms Urolik Vaşinqtonun Azərbaycanı strateji tərəfdaş kimi dəstəklədiyini bildirib. Bu barədə həmsədr şəxsi "Twitter" səhifəsində bildirib: "Vaşinqton Azərbaycanı strateji tərəfdaş kimi dəstəkləyir. ABŞ Qarabağ münaqişəsi tərəflərinə davamlı sülh axtarışında kömək etməyə hazırdır"- deyə, Uorlik qeyd edib.
Qeyd edək ki, Uorlikin "Twitter" səhifəsində Dağlıq Qarabağla bağlı qeydlər etməsi birmənalı qarşılanmır və tənqid olunur.
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib ki, Ukraynadakı vəziyyət həm də Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini nümayiş etdirir: "Bu münaqişə regionda heç bir tərəfə üstünlük verməyən qeyri-sabitlik yaradır. Azərbaycan və Ermənistan prezidentlərinin münaqişənin həll edilməsində konkret addımlar atması üçün birlikdə çalışmalarına ehtiyac var. Rusiyanın tam əməkdaşlığı olmadan buna nail olmaq olduqca çətin olacaq".
Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Ceyms Uorlikin "Twitter" səhifəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yazdıqlarına ironik münasibət bildirib. Novruz Məmmədov amerikalı həmsədrin yazışmalarından onun Dağlıq Qarabağ münaqişəsini "Twitter"də həll etmək istəməsi təəssüratının yarandığını yazıb: "Hərdən elə təəssürat yaranır ki, cənab Uorlik Dağlıq Qarabağ münaqişəsini "Twitter"də həll etmək istəyir".
Fransa Senatının Cənubi Qafqaz ölkələri ilə dostluq qrupunun rəhbəri Natali Qulye deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Minsk Qrupunun siyasi iradəsi çatmır: "Mən qəti bəyan etdim ki, Minsk Qrupunun münaqişənin həlli üçün iradəsi çatmır".
Millət vəkili Fərəc Quliyev bildirib ki, BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnaməsi var: "Onlarda Ermənistanın Dağlıq Qarabağı işğal etdiyi və onlardan qeyd-şərtsiz çıxması ilə bağlı tələb qoyulub. Hesab edirəm ki, Dağlıq Qarabağ məsələsində bundan ciddi sənəd yoxdur. BMT Nizamnaməsinin VII bəndinin 41-42 paraqraflarına əsasən işğalçının işğal etdiyi torpaqlardan ya oərbi ya da qeyri-hərbi sanksiyalar tətbiq etməklə çıxmasını təmin edilməlidir. Ancaq işğal faktını tanımaq, Azərbaycanın oaqlı olduğunu bəyan etmək kifayət deyil".
Fərəc Quliyev vurğulayıb ki, dünyanın hər yerində işğalçının işğal etydiyi torpaqlardan çıxarılması üçün tədbirlər görülür və Azərbaycanla bağlı da bu işlər görülməlidir.
Onu da bildirək ki, Uorlik "xalq diplomatiyası"nın önəmli olduğunu bildirib.
Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu "xalq diplomatiyası" çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həll olunacağına inamının az olduğunu dedi. Partiya yetkilisi hesab edir ki, problemin həlli üçün birinci növbədə BMT nin qətnamələri gündəliyə gətirilməli və Azərbaycan tərəfi beynəlxalq hüququ qabartmalıdır. Onun fikrincə, Azərbaycan hərbi potensialını gücləndirməli və hərbə hazır olduğunu göstərməlidir. Xəzər Teyyublu amerikalı həmsədrin fikirlərinin Minsk qrupunun münaqişəyə yanaşması ilə müqayisədə qeyri-səmimi və daha çox xəyal olduğunu deyib: "Əgər həmsədrlər işğalçı Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq etmək niyyətlərini ortaya qoya bilmirsə, "xalq diplomatiyası" ilə münaqişəni necə həll etməyi düşünürlər?"
Azərbayacan Milli İstiqlal Partiyasının sədr müavini Əli Orucov bildirib ki Qafqazda olan münaqişələrin nizama salınması məsələsi aktuallaşıb: "Ukraynada baş verən hadisələr qlabal siyasətdə yeni dönəmim başlanğıcını qoydu desək yanlmalıq. Rusiyanın böyük iddiaları həm Avropanın, həm də hegomon dövlət olan ABŞ-in mənafelərinə ciddi problemlər yaratdı. Ona görə də Qərb və ABŞ indiyədək yürütdükləri siyasi kurslarına düzəlişlər etmək məcburiyyətində qaldı. Təbii ki, ilk növbədə ABŞ və onun Avoaplı müttəfiqlərinin enerji təhlükəsisliyi baxımından önəmli region oan Cənubi Qafqaza diqqətin artırdı".
Əli Orucov bütün bunların fonunda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin çətinləşdiyini dedi. Onun fikrincə, bu, Moskvanın bölgəni gərginlik və müharibə vəziyyətində saxlamaq istəyinə cavab verir. Ermənistanın bundan isifadə edərək daha sərt və qeyri-konstruktiv mövqe ortaya qoyacağını deyən partiya yetkilisi, ABŞ-ın cəhdlərinin o qədər də yetərli olmadığını önə çəkdi: "Əgər doğrudan da Qərb və ABŞ münaqişınin sülh yolu ilə nizamlanmasına səy edirsə, o zaman ilk növbədə Ermənistan işğalçı dövlət kimi tanınmalı, təzyiqlər göstərilməlidir. Lakin bunları indiyədək görməmişik. İcmaların görüşlərini isə sıradan bir görüş kimi qiymətləndirirəm".
Siyasi şərhçi Azər Həsrət bildirdi ki, ABŞ-dan olan bu həmsədr, problemlərin "həllini" Twitter səviyyəsində görür. Onun sözlərinə görə, ya Uorlikin bu münaqişə haqqında yetərincə bilgisi yoxdur, ya da sadəcə vaxt uzatmaq üçün ortaya belə başqatan fikirlər atır: "Azərbaycan xalqının ermənilərlə heç bir problemi yoxdur. Yəni biz ermənilərlə hər zaman dinc yanaşı yaşamağa hazırıq. Yalnız bir məsələ həllini tapacağı halda: Ermənistan ordusunun əsgərləri işğal altında tutduğu Azərbaycan torpaqlarından çəkilib getməlidir. Belə olan halda etimad da öz-özünə yaranacaq, xalqlar da yaxınlaşacaq. Ona görə də Ceyms Uorlikin indi irəli sürdüyü təşəbbüslər əhəmiyyətsizdir və belə etimad yaratmaya heç gərək yoxdur. İşğal faktı aradan qaldırılmadıqca biz ermənilərlə heç bir formada yaxınlaşa bilmərik. Bunu Uorlikin də anlaması lazımdır artıq".

Əli