Oqtay Əsədov AŞPA sədri ilə görüşüb Siyasət

Oqtay Əsədov AŞPA sədri ilə görüşüb

Milli Məclisin sədri Oqtay ƏsədovAvropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Pedro Aqramuntla görüşüb.
Görüş Sankt-Peterburq şəhərində keçirilən MDB Parlamentlərarası Assambleyasının yaz sessiyası çərçivəsində baş tutub.
Görüşdə Azərbaycan parlamenti ilə AŞPA arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Oqtay Əsədov Pedro Aqramuntun AŞPA sədri kimi Azərbaycana səfərini xatırlayaraq onun ölkəmizin başlıca problemi olan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesi barədə məlumatlı olduğunu bildirib.
Görüşdə Azərbaycanın AŞPA-dakı mövqeyi getdikcə gücləndiyi, qurumla əlaqələrin genişləndiyi vurğulanıb. Tərəflər qarşılıqlı maraq doğuran mövzuların müzakirə edilməsinin önəmini bildirərək, Azərbaycanın bəzi məsələlərin həlli baxımından mühüm ölkə olduğunu qeyd ediblər.