Elşad İskəndərov İstanbula göndərildi Siyasət

Elşad İskəndərov İstanbula göndərildi

Elmar Məmmədyarov sabiq komitə sədrini İslam Konfransı Gənclər Forumunun baş katibi təyin edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Elşad İskəndərov yeni vəzifəyə təyin olunub. XİN-dən verilən məlumata görə, Elşad İskəndərov ötən ayın 7-də diplomatik xidmətə bərpa olunub və nazirliyin beynəlxalq təşkilatlarla iş sahəsində idarə rəisi vəzifəsinə gətirilib.
Daha sonra Elşad İskəndərov İslam Konfransı Gənclər Forumunun baş katibi təyin olunması ilə əlaqədar xarici işlər naziri Elmar Məmmədyarovun əmri ilə iyun ayından etibarən bu beynəlxalq təşkilatda diplomatik xidmətini davam etdirmək üçün İstanbula ezam oilunub.
Xatırladaq ki, o, 2007-2012-ci illərdə də Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ İKGF) baş katibi olmuşdu. Prezident İlham Əliyevin 5 mart 2009-ci il tarixli sərəncamı ilə ona fövqaladə və səlahiyyətli səfir diplomatik ranqı verilib.