“ErmənistandaPaşinyanınhakimiyyətdəolduğu 1 ilərzində əhalinin sayı azalıb” Siyasət

“ErmənistandaPaşinyanınhakimiyyətdəolduğu 1 ilərzində əhalinin sayı azalıb”

13 may

Mübariz Əhmədoğlu: “Amma bunlar o demək deyil ki, Azərbaycan yalnız demoqrafiya ilə Ermənistana qalib gələcək”

“Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ təmsilçiləri arasında atəşin kəsilməsi ilə bağlı müqavilə imzalanmasının 25 illiyi ilə bağlı şərh yaydı. Şərh ermənilərdə ruh yüksəkliyi yaradıb və ermənilərin fikrincə, bu, münaqişənin üçtərəfli olduğuna eyhamdır”.

Azadinform politoloq Mübariz Əhmədoğlunun məsələ ilə bağlı şərhini olduğu kimi təqdim edir:

“Erməniləri ağıla dəvət edirik, ən azı Rusiya Xarici İşlər Nazirliyinin bu mövzuda verdiyi bəyanatların dinamikası hər şeyi göstərir. Ermənilərin özünü aldatmasının və bununla da özlərini faciəyə sürükləməsi Rusiya Xarici İşlər Nazirliyinin adı çəkilən bəyanatına zərrə qədər aidiyyəti yoxdur. RF XİN-in şərhinin siyasi konsepsiyası və daxili dinamikası Dağlıq Qarabağ tənzimlənməsində son reallıqları təsdiq etməyə xidmət edir:

I. Rusiya Xarici İşlər Nazirliyi şərhdə “Azərbaycan, Ermənistan və DağlıqQarabağ təmsilçiləri” ifadəsini işlətməklə rəsmi terminologiyadan qaçır və “Azərbaycan Respublikası, Ermənistan Respublikası” ifadələrindən istifadə etmir. Ermənilər o dövrdə Dağlıq Qarabağı “Dağlıq Qarabağ Respublikası”adlandırırdılar.

II. “Dağlıq Qarabağın təmsilçiləri” ifadəsi həm də Dağlıq Qarabağın azərbaycanlı icmasının o dövrdəki rəhbəri, rəhmətlik Nizami Bəhmənovun da imzasını ehtiva edir.

AnjeyKaspşik müsahibələrində atəşkəs rejimi ilə bağlı məhz bu məqama da diqqət yönəltmişdi.

III. “Təmsilçiləri” ifadəsi “Dağlıq Qarabağ münaqişəsi” və yaxud “Dağlıq Qarabağ tənzimlənməsi” termini ilə yanaşı işlənsəydi, bəlkə də müəyyən qədər ermənipərəst olardı. RF XİN bununla da ermənilərin mövqeyindən yayınır.

IV. Şərhdə Dağlıq Qarabağ tənzimlənməsi üçün siyasi iradənin lazımlığı birbaşa Ermənistana ünvanlanmış çağırışdır. RF Xİ naziri S.Lavrovun “hamının-hamıya” dəyişilməsi prinsipinə erməni tərəfinin verdiyi reaksiya bunu aydın şəkildə göstərir. 2011-ci il Həştərxanda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə əldə olunmuş razılaşmanı tanımamaq dinc tənzimlənməyə Ermənistanın yanaşmasının göstəricisidir.

V. Şərhdə Dağlıq Qarabağ tənzimlənməsi üçün vaxt lazım olduğu bildirilir. RF XİN Dağlıq Qarabağ tənzimlənməsinin sonunu görür. Bir az uzaq məsafədə olsa bu son ermənilərin özlərinin də bəyan etdikləri kimi xeyirlərinə deyil. RF erməniləri özündən narazı salmaq istəmir. Ermənilərdə ən aktual müzakirə olunan mövzulardan biri ermənilərin azərbaycanlıların həlqəsinə düşməsi və azərbaycanlı həlqəsinin “anakonda kələfi” kimi erməniləri bürüməsidir. Sonuncu dəfə bu mövzuda Müdafiə Nazirliyinin analitiklərinin iştirakı ilə yarımqapalı yığıncaq keçirilib: Ermənistan və Dağlıq Qarabağ 10 milyon İran tərəfindən, 10 milyon Türkiyə, 1 milyon Gürcüstan tərəfdən və 10 milyon Azərbaycan tərəfdən Azərbaycandan olan azərbaycanlının əhatəsindədir. Yaxınlarda Azərbaycanda 10 milyonuncu vətəndaş doğuldu. Bu, demoqrafik baxımdan Azərbaycanın dünya dövlətləri sırasında keyfiyyətcə yeni qrupa düşməsi deməkdir. Vaxtilə Ermənistan real-virtual 15 milyonluq dövlət qurmaq istəyirdi. İndi dünyada olan ermənilərin böyük əksəriyyəti “ağ ölümə”- assimilyasiyaya məruz qalıb. Bütün dünyada olan ermənilərin ümumi sayı 7,5 milyon nəfərdən azdır. N.Paşinyanın 1 ili ərzində Ermənistanda miqrasiyanın tempi sadəcə zəiflədi, dayandıra bilmədi. Ermənistanda N.Paşinyanın hakimiyyətdə olduğu 1 il ərzində əhalinin sayı azalıb.

Amma bunlar o demək deyil ki, Azərbaycan yalnız demoqrafiya ilə Ermənistana qalib gələcək. Azərbaycanlı həlqəsi barədə Ermənistanın açıqladığı rəqəmlər bir daha Ermənistanın strateji investisiya cəlbediciliyini minimallaşdırır. Azərbaycanın iqtisadi imkanları da məqsədə çatmaq üçün ciddi fəaliyyətdədir. Ordu isə hər an Ermənistanın təxribatını Ermənistanın daxilinə yönəltməyə hazırdır.

VI. RF XİN -ninatəşkəs rejimi ilə ən ermənipərəst mövqeyi 2016-cı ilin aprelin 21-də RF Xİ naziri S. Lavrov Yerevanda olarkən açıqlandı. S.Lavrov təyyarədən düşən kimigecə olmasına baxmayaraq RF XİN-nin saytında 1994-95-ci illərdə imzalanmış müqavilələrin üçtərəfli və müddətsiz olduğuna dair şərh yerləşdirildi.(http://www.mid.ru/foreign_policy/news/-/asset_publisher/cKNonkJE02Bw/content/id/2247856)

RF XİN-nin indiki şərhində “müddətsiz” ifadəsi yoxdur.

O zaman RF Xİ naziri milliyətcə erməni S.Lavrov Rusiya Müdafiə Nazirliyinin əleyhinə getmişdi. RF Müdafiə Nazirliyinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Müdafiə nazirlərinin müavinləri arasında müqavilə imzalanmışdı. Xüsusi olaraq qeyd edək ki, Azərbaycan və Ermənistanın Müdafiə nazirliklərinin təmsilçiləri arasında aprelin 5-də müqavilə imzalanmışdı. Dağlıq Qarabağdan bir kimsə yox idi.2016-cı il aprel döyüşlərində ermənilərin düşdüyü panik vəziyyətin ən yaxşı göstəricilərindən biri bu idi; Ermənistan rəhbərliyi Dağlıq Qarabağın təmsilçiliyinin adını çəkə bilməmişdi. Çünki unutmuşdu.

Ermənistan tərəfi “Türkiyə” mövzusunda demaqogiya ilə Lavrovu inandırdılar. Aprel döyüşləri kontekstində RF və Ermənistanda “Türkiyə” mövzusunda demaqogiya dəbdə idi.

VII. Ən nəhayət, şərhdə siyasi yanaşmanın dinamikası xüsusi diqqət çəkir. “Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ təmsilçilərinin əldə etdiyi razılaşmadan” sonra 2 dəfə Azərbaycan və Ermənistan Respublikası, rəsmi Yerevan və rəsmi Bakı terminlərindən istifadə olunur, yəni “iki tərəf”anlayışı möhkəmləndirilir.

RF XİN-in şərhinin strukturu və dinamikası göstərir ki, Rusiya artıq ermənilərin istədiyini vermək niyyətində deyil. Bunun səbəbləri tamam ayrı, bəlkə də bəlli məsələdir. O da bəllidir ki, ermənilər ağıllanası deyil. RF XİN-in şərhinin yeganə nöqsanı ermənilərin özünü aldatmasının qarşısını ala bilmək gücündə olmamasındadır”.