“Bütün dinlərin inkişafına kömək edirik” Siyasət

“Bütün dinlərin inkişafına kömək edirik”

"Azərbaycan çox konfensiyalı ölkədir. Həm xiristian, həm iudiazim, həm də islam və digər dinlərin qolları Azərbaycanda fəaliyyət göstərir"
Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyad Salahlı bildirib.
O qeyd edib ki, Azərbaycan tolerantlığı, multikulturalizmi yüksək səviyyədə həyata keçirir və bu xüsusiyyətləri yerinə yetirməsinə görə ən öndər ölkələrdən biridir: "Dünyanın heç bir ölkəsində bir kilometrdən az radiusda hər üç dinin yanaşı olması faktı qeydə alınmayıb. Biz dövlət olaraq nəinki bu dinlərin inkişafına kömək edirik, müəyyən istiqamətdə onlara yardımı əsirgəmirik. Azərbaycan dövləti hər il onlar üçün kifayət qədər məbləğ ayırır. Ölkədə heç bir dövlətdə olmadığı kimi yəhudi sinaqoqları, xristian məbədləri tikilib və istifadəyə verilib. Digər ölkələrdə hər hansı bir dini icma öz dini məbədini tikmək istəyəndə dövlət onlara deyir ki, vətəndaşlarınızdan toplayıb onların iyanəsi ilə özünüzə məbəd tikin. Azərbaycanda isə həmin insanlara məbədlərin tikiliməsi üçün əlindən gələni edir".
Səyyad Salahlı vurğulayıb ki, bu işləri həyata keçirmək üçün 21 iyun 2001-ci ildə yaradılan komitə böyük işlər görür: "Komitənin fəaliyyətinin nəticəsidir ki, Azərbaycanda dini sabitlik hökm sürür. Biz Azərbaycanda fəaliyyət göstərən bütün dini konfensiyaların fəaliyyətini əlaqələndirməklə, onların ölkədə azad şəkildə fəaliyyət göstərdiyini dünyaya bəyan edirik".