İqbal Ağazadə Əli Kərimlini yıxıb sürüdü Siyasət

İqbal Ağazadə Əli Kərimlini yıxıb sürüdü

"Siz marginalsınız, şizofrenniksiniz, satanistsiniz...cinayətkarsınız..."

Müsavat Partiyasının başqanı İsa Qəmbərin təşəbbüsü ilə təsis edilən Birləşmiş Hüquq Müdafiə Mərkəzi ətrafında qalmaqal rakikal düşərgədə ötən prezident seçkisindən bəri yaranmış nisbi sakitliyi yenidən pozdu. AXCP sədri Əli Kərimlinin təkcə siyasi karyerası ilə vidalaşmağa hazırlaşan və ya hazırlaşdığı deyilən İsa Qəmbəri deyil, sözügedən mərkəzdə hər kəsi hədəfə alması ixtilafların miqyasını da genişləndirib.
Həm də bu dəfəki qarşıdurma daha sərt xarakter alıb. İsa Qəmbərin təşəbbüsü ilə yaradılan quruma qatılan və "Yeni Müsavat" qəzetindəki müsahibəsinə görə, Əli Kərimlinin nəzarətində olan mətbuat orqanı tərəfindən hədəfə alınan İqbal Ağazadə Əli Kərimlini və onun tərəfdarlarını yıxıb sürüyüb.
Ümid Partiyasının sədri AXCP sədrinə belə xitab edib: "Sosial anlamda marginallaşma daha çox mədəniyyətlərdə özünü göstərər. Mədəniyyətlər isə az qala hər gün dəyişir, yeniləşir. Dəyişilməyənlər özünə qapanır, toplumun içərisində öz varlıqlarını pis də olsa köhnələri yaşatmaqla saxlayırlar. Sizlər də öz varlığınızı marginallaşdırmaqla qoruya bilirsiniz, eynən zəncilər Amerikanın şimal bölgələrində özlərini ağdərililərdən ayırdığı kimi, uzaq ekvator meşələrində yaşayanlar qədim adətlərinə söykənərək mədəniyyətə açılım etmədikləri kimi. Siyasi proseslərin bütün dönəmlərində qışqırmaq, eyni şüarlar söyləmək, həmişə düşmən axtarmaq, toplum mədəniyyətinə inteqrasiya etmədən qrup mədəniyyətinin içində marginallaşmaq - bu sizin yaşam tərzinizə çevrilib, sadəcə adın dəyişdirib müasir terminologiyalara uyğunlaşdırmaq cəhdi var içinizdə. Ən pis hərəkətinizi belə demokratikliyin adına yazmaq istəyi isə sadəcə avantüradan başqa bir şey deyil.
Nə qədər qışqırmaq, nə qədər eyni şüarları söyləmək, başınızda dayananları belə eyni şüarla böyütmək olar??!
Bax, bu qrup mədəniyyətinizin toplum mədəniyyətindən üstün tutularaq mühafizəsi və sonda marginallaşmadır...
İnanmırsınız? Bu neçə ildə nə qədər kiçildiyinizi və bir qrup olaraq kənarda yaşadığınızı fərq etmirsinizmi? Siz siyasi düşərgədə də yalnızlaşmaq yolunu tutmusunuz, heç kimsə ilə sona qədər ola bilmirsiniz, qrup mədəniyyətinin mühafizəkarlığı sizi tətikləyir. Yalnızlıq isə marginallaşmanın ilk şərtidir. Bu qrup refleksi sizi inkarçı edir. Siz siyasətdə belə hər kəsi inkar edirsiniz, şərləyirsiniz, hədyan deyirsiniz, hətta söyüş söyürsünüz, təhqir edirsiniz...
...Radikalizm keçmişdəki hər şeyi dəyişmək kimi bir fəaliyyətə deyilir. Təbii, bunun pozitiv tərəfi də var. Lakin siz pozitivi qəbul etməyənlərsiniz... Demək radikallığa bir də fanatizm xəstəliyi qarışıb. Hər ikisi cəmiyyət üçün qorxuludur. Fanatizm kor-koranəlik, itaət, köləlikdir. Onun radikal dəyişikliyə gətirib çıxara biləcək mübarizəsi də növbəti köləlik vəd edir - ağaların dəyişəcəyi köləlik. Siz bunumu arzu edirsiniz?
...Çıxışlarınızda müqəddəs dinimizə istinad edirsiniz. Dinimizdə də bu məzhəb ayrıntılarının radikallıq və fanatizmdən doğduğunun fərqində deyilsinizmi?
...Əməvi radikalizmi, Hz. Əli məhəbbətinə qarşı Hz.Ömər düşmənliyi yaratdı. Siz hansı məhəbbətə hansı düşmənliyi yaratmaq istəyirsiniz?
Adınız eyni olsa da məzhəb və sevgiləriniz, amal və istəkləriniz, sədaqət və mübarizəniz heç, həm də heç yaxın gəlmir.
Amma yaratdığınız radikalizm və fanatizm Azərbaycana mütləq və mütləq ziyan vuracaq - onun üçün 60 il gözləməyə də ehtiyac yoxdur.
...Sizin qorxu fobiyanız var, siyasətdə alternativlik fobiyası. Pardon, müxalifətdə alternativlik kimi. Siz heç iqtidar olmaq istəmirsiniz ki... Əsas istəyiniz müxalifətin lideri olmaqdır...Müxalifətdə alternativinizin yaranacağı fobiyası sizi hər şeydən və hər kəsdən qorxudur. Qorxduğunuz üçün də dağıtmağa, hər kəsi şərləyib sıradan çıxarmağa meyllisiniz. İşinizi bu istiqamətdə qurursunuz...
Radikallıq və fanatiklik mədəniyyəti sivil insanın daşıdığı dəyər deyil. Radikalların hirs və nifrət duyacaq bir düşmənə ehtiyacları var. Nə yazıq ki, hirs və nifrətinizin sərf olunacağı ünvan iqtidar ola bilməyəndə sağa-sola saldırırsınız. Çünki düşmən olmadan ayaqda qala bilmirsiniz.
...Şeytanın vəzifəsi insanı Allahdan uzaqlaşdırmaqdır. Şeytan fəlsəfəsinə görə qələbə barışdan üstündür. Satanistlər xoşbəxtliyi barışda deyil, qələbədə, mübarizədə axtarırlar.
...Satanist hərəkətlər əsasən toplumda xaos yaradan, mədəniyyəti, dialoqu, barışı rədd edən ideologiyadır. Satanistlər şeytana tapınmanın yolu kimi pişik qurban verməyi seçirlər. Qara və qırmızı rəngi sevirlər. Ritorikanız qırmızı, içiniz, ruhunuz isə qaradır. Qurban verdikləriniz isə heyf ki, insandır. Bir ətrafınıza baxın. Qurban verdiklərinizdən neçəsi qalıb yanınızda?!
Bir də satanistlər sayğısızlığı, utanmazlığı, hörmətsizliyi təşviq edirlər. Necə də sizin ritorikaya bənzəyir.
...Şizofreniya xalq arasında dəlilik kimi bilinən bir xəstəlikdir. Bu xəstəliyin əsas əlamətləri xəstəliyin reallıqdan uzaqlaşaraq gerçəklərlə bağlarının qopmasıdır. Şizofreniklər günəşin onlar üçün doğduğunu - eynən müxalifətçiliyin sizin adınızla bağlı olduğu kimi, yağışın onun üçün yağdığını - eynən sizdən başqa dürüst müxalifət olmadığını düşünənlərdir.
Elə düşünürlər ki, onları həmişə təhdid edirlər, məsələn, sizin kimi illərdir sanki hamı sizə qarşı döyüşür, sanki onları həmişə kimlərsə izləyir - eynən sizin kimi, qərargahınız, maşınınız, əməkdaşlarınız, üzvləriniz və s.
Şizofreniklər özlərinə bir dünya qururlar və o dünya içərisində qəhrəman, mübariz, hətta əzabkeş, bəzən xoşbəxt kimi yaşayarlar - eynən sizin kimi, sizdən əzabkeşi, sizdən qəhrəmanı, sizdən xoşbəxti yoxdur bu dünyada...
Cinayət törədilərkən polis orqanları cinayət yerindən qaçan cinayətkarların fotorobotunu, hadisənin şahidlərinin sözlərinə uyğun cızırlar. Görəsən mənim bu yazımdan fotorobot hazırlansaydı kimin şəklini görərdik?"