Bakıda "Media və dekolonizasiya" mövzusunda beynəlxalq konfrans keçirildi - FOTO
“Ermənistan daxilində qurulan rejim özünü xarici siyasi konjunkturdan asılı vəziyyətə salıb”
Burkina-Faso rəsmisi: BTQ ilə əməkdaşlığımızı daha da genişləndirəcəyik
Çində "Bavi" qasırğasına görə 2 milyona yaxın insan təxliyə edilib
22 Mart 2020 14:48
3 612
Afrika İttifaqı Komissiyasının etdiyi müraciətə cavab olaraq Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə bu təşkilata ölkəmiz tərəfindən 20 min ABŞ dolları məbləğində yardım göstərilib.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən verilən məlumata görə, sözügedən yardım ölkəmizin Afrika İttifaqı yanındakı daimi nümayəndəsi Elman Abdullayev tərəfindən təşkilatın Sosial Məsələlər üzrə Komissarı xanım Amira Elfadilə təqdim olunub.
Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) vasitəsilə göstərilmiş bu yardım son dövrlər Afrikanın bir çox ölkələrində, xüsusilə Konqo Demokratik Respublikasında Ebola epidemiyasının törətdiyi sosial-iqtisadi fəsadların aradan qaldırılmasına köməklik məqsədilə ayrılıb.