İlham Əliyev İsrailin müdafiə nazirini qəbul edib Siyasət

İlham Əliyev İsrailin müdafiə nazirini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan İsrail müdafiə naziri Moşe Yaalonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA - nın məlumatına görə, görüşdə Azərbaycanla İsrail arasında ikitərəfli və hərbi-texniki əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, İsrail nümayəndə heyəti I Azərbaycan Beynəlxalq müdafiə sənayesi "ADEX 2014" sərgisində iştirak etmək üçün Bakıya gəlib.