Rubio "G7" görüşünün əsas mövzularını açıqlayıb
9 Noyabr 12:40
9 Noyabr 12:40
9 Noyabr 12:24
Qubada avtomobil dərəyə aşıb, bir nəfər ölüb, iki nəfər xəsarət alıb
Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, Zəfər Günü ilə bağlı təbrikini çatdırıb
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
20 May 2020 12:00
3 633
Prezident İlham Əliyevin islahatlar təşəbbüsü addım-addım həyata keçməkdədir. Bu prosesin ilk qaranquşu “ASAN” xidmətinin yaranması olsa da “DOST” mərkəzlərinin yaradılması bu prosesə bir güc qatmış oldu. Bunu "Xalq Cəbhəsi" qəzetinə açıqlamasında politoloq Vasif Əfəndi bildirib. Politoloqun sözlərinə görə, keçən il prezident bu mərkəzin fəaliyyət proqramını imzalayaraq onu həyata aktiv qoşulmaq üçün hüquqi prosesi başlatdı. ”ASAN” xidmətindən fərqli olaraq bu mərkəz daha çox səyyar şəkildə fəaliyyət göstərir: "Bir pəncərə sistemi ilə çalışan mərkəz vasitəsilə ƏƏSMN-nin aidiyyatı qurumlarının fəaliyyəti təmin olunur. Bayram günəri istisna olmaqla il boyu fəaliyət göstərir. Prezident “DOST” mərkəzindəki çıxışında demokratik islahatlar, dünya birliyinə inteqrasiya, BMT, Ümumdünya Səhiyyə Təşkilatı və humanitar sahələrdə əməkdaşlıq fəaliyyətimiz barədə geniş məlumat verdi. Ümumiyyətlə, Azərbaycanın son 5 ildə dünyaya daha çox pəncərə açdığı hiss olunur. Azərbaycan yalnız regionda deyil, dünyada lider ölkə olmaq iddiasını ortaya qoyub. Bundan ötrü daxili siyasətimizdə də bir sıra yeniliklərin və dəyişikliklərin baş verdiyini görürük. Daxili siyasətdə aparılan islahatlar hələlik şəffaflıq, vətəndaş məmnunluğu və korrupsiyanın kökünün kəsilməsi istiqamətində yönəlib. Bundan başqa idarəetmə və parlament sitemində də dəyişikliyin mümkünlüyünü istisna etmirəm".
Cavid
9 Noyabr 16:38
1 008
9 Noyabr 16:33
959
9 Noyabr 11:55
1 050