“Əli Kərimli ABŞ-a yarınmaq üçün mitinq arzusunu ortaya qoyub” Siyasət

“Əli Kərimli ABŞ-a yarınmaq üçün mitinq arzusunu ortaya qoyub”

Niyaməddin Orduxanlı: "Mitinq keçirmək təəşəbbüsü bununla bağlıdır"
Aydın Mirzəzadə: "Onların cəmiyyət dedikləri insanlar neçə yüz nəfərdir?"
Sərdar Cəlaloğlu: "Azərbaycanda hakimiyyətin diqqətini daxili siyasətə cəlb etmək doğru deyil"
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın sabaha nəzərdə tutuan təşkil etmək müraciətini müsbət cavablandırıb. Onu da əlavə edək ki, bir sıra ekpertlər Milli Şuranın bu addımını təsadüfi saymayıb. Bəzi fikirlərə görə, Milli Şuranın bu addımı təsadüfi deyil və Qərbin dəstəyini qazanmaq məqsədi daşıyır. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı bildirdi ki, ABŞ prezidenti Barak Obamanın Azərbaycanla bağlı məlum çıxışından sonra Əli Kərimli ABŞ-a yarınmaq üçün mitinq arzusunu ortaya qoyub. Onun sözlərinə görə, mitinq keçirmək təəşəbbüsü bununla bağlıdır: "Bu adam yenidən özünü "qərb yönümlü" siyasətçi kimi ABŞ-a təqdim edir. Özü də yaxşı bilir ki, Rusiyanın yaratdığı "Milli Şura"da Cəmil Həsənlidən başqa heç kim qalmayıb. Kimdir Əli Kərimlinin mitinqinə qatılan? Kim qalıb ki, bunun yanında? Məlum videosu ilə tanınan Natiq Ədlov və bir neçə adamdan başqa Əli Kərimlinin yanında bir kimsə qalmayıb. Əli Kərimlidən soruşmaq lazımdır ki, həbsdə olan bu adamların hansının yanına bir dəfə də olsun getmisən? Bu adamların hansının ailəsinə mənəvi və maddi dəstəy olmusan? Hər kəs bu illər ərzinə gördü ki, hətta Əli Kərimlinin ən yaxın adamları 7 il həbsdə yatdı və bu adam bir dəfə də olsun onun ziyarətinə getmədi. Hətta həbsxanadan çıxandan sonra evinə belə getmədi. Bax, Əli Kərimlnin əsl siması budur. 12 oktaybr mitinqi çox zəyif keçəcək. Düşünmürəm ki, Əli Kərimlinin keçirtdiyi mitinqə ciddi dəstək verilsin".
Yeni Azərbaycan Partiyasının (YAP) siyasi şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə deyib ki, "Milli Şuranın mitinq keçirməsini normal qəbul edirik". O bildirib ki, biz demokratik ölkəyik və hansısa siyasi qüvvənin hökumətin mövqeyindən fərqli bir məsələ üzrə tədbir keçirməsi normal hadisədir: "Dövlət də buna şərait yaradıb. Lakin məsələ burasındadır ki, bu mitinq nə dərəcədə effektli alınacaq? Bu gün onların uydurduğu siyasi məhbus məsələsi cəmiyyət üçün aktual deyil. Siyasi məhbus əqidəsinə görə, həbs edilən insanlara deyilir. Onlar iqtidarla razılaşmırlar və iqtidar əleyhinə tədbir keçirirlər. Çox gülüncdür ki, bunu siyasi məhbus problemi ilə əlaqələndirirlər. Cəmiyyəti maraqlandırmayan məsələ ilə bağlı inanmıram ki, böyük bir kütlə meydana toplansın. Toplayacaqları bir neçə yüz insan isə iddialı siyasi qüvvələr üçün çox cüzi bir rəqəmdir. Beləliklə, onların mitinq keçirməsi əslində güclərinin, nəyə qadir olduqlarının bir daha nümayiş olunmasıdır. Çünki bir qayda olaraq bəyanatlarında cəmiyyətin böyük bir hissəsinin onları dəstəklədiyini söyləyiblər. Əgər belədirsə, göstərsinlər biz də görək ki, onların cəmiyyət dedikləri insanlar neçə yüz nəfərdir".
Azərbaycan Demokrat Partiyasının (ADP) bildirib ki: "bugünkü beynəlxalq siyasi vəziyyəti nəzərə alaraq, Azərbaycanda hər hansı qarşıdurmaya səbəb olacaq halların baş verməsini yanlış hesab edirəm: "Partiya olaraq mitinqə qatılmayacağıq. Çünki mitinq başqa bir təşkilatındır. Biz isə orada üzv deyilik. İkincisi, Azərbaycanda hakimiyyətin diqqətini daxili siyasətə cəlb etmək və ya küçələrdə hər hansı bir təxribatlar üçün zəmin yaradacaq hərəkətlər etmək doğru deyil. Hesab edirəm ki, nəzərdə tutulan mitinqdə qaldırılacaq məsələləri başqa formada da müzakirə etmək mümkündür. Əslində həmin məsələlər hətta Obama səviyyəsində qaldırılıb. O mitinqdə çıxış edəcək şəxslər Obamadan nə yüksək vəzifəli adamlardır, nə də ondan kəskin şəkildə hadisəyə münasibət bildirən deyillər. O zaman mitinqə nə ehtiyac var? Hesab edirəm ki, dialoq, dəyirmi masa yoluna üz tutmaq lazımdır". Sərdar Cəlaloğlu təəssüflə qeyd edib ki, biz demokratiyanın verdiyi imkanlardan yerində və vaxtında istifadə etmirik: "Bu da bizim öz əleyhimizə istifadə olunur. İndiki halda hesab edirəm, sosial tələb yoxdursa, ətrafımızda bu qədər təhlükəli hadisələr baş verirsə, mitinq etmək qətiyyən doğru hal deyil. Regionda baş verən hadisələr hər dəqiqə Azərbaycana da sıçrayıb ağlımıza belə gətirmədiyimiz ağır nəticələrə səbəb ola bilər. Elə İŞİD-in Azərbaycanda nə qədər tərəfdarı var. Təsəvvür edin ki, biz adi bir mitinq edərkən İŞİD tərəfdarları bundan sui-istifadə edərək, terror hadisəsi törətdilər. Nə edəcəyik? Yaxud da Rusiya imperiya maraqları daxilində dünyaya meydan oxuyub, o cümlədən, Azərbaycana da təzyiqlər edir. Bütün bunları nəzərə almaq lazımdır. Lakin siyasi partiyalar haqqında qanunu, eyni zamanda, konstitusiyamızın insan hüquqları ilə bağlı bəndlərini nəzərə alaraq, heç bir partiya üzvümüzə bu mitinqdə iştirak etməsini qadağan etmirəm. Kim istəyirsə, gedib iştirak edə bilər".
Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə isə nəzərdə tutulan aksiyanın Milli Şuranın yeni "rüsvayçılıq səhifəsi" olacağını deyib: "Milli Şuradakılar özləri haqqında nə deyirlər-desinlər, amma həqiqət budur ki, ölünün qıdığı gəlməz. İnsanın ən böyük bədbəxliklərindən biri onun heç bir addımının normal məntiqə uyğun olmamasıdır. Milli Şuranın yeni mitinq qərarını eşidəndə yenə bu məntiq məsələsi yada düşür. Milli Şura təzə yarananda, sıraları indikindən daha geniş olanda belə kiçik bir stadionun yarısını adamla doldura bilmirdilər. İndi adı yalnız kağız üzərində qalan bu Şura hansı məntiqlə mitinq elan edir? Milli Şura belə mitinqlərlə özünü biabır etməkdən yorulmur. Amma oradakıların da öz "məntiq"i, aldıqları sifarişlər var. Onlara deyirlər ki, necə olur, Barak Obama Azərbaycanı tənqid edir, lakin siz küçələrə çıxıb demokratiya deyib qışqırmırsınız?
Bunlar da tənqiddən nəticə çıxarıb mitinq elan edirlər – Təki sifarişi yerinə yetirib pullarını alsınlar. Bax, onların "məntiq"i budur".

Əli