Ukrayna səfiri Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib Siyasət

Ukrayna səfiri Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib

Ukrayna səfiri Yuri Husyev 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.

APA xəbər verir ki, bu barədə səfirin sosial media hesablarında paylaşım edilib.

“Ədaləti, suverenliyi və ölkənin ərazi bütövlüyünün bərpasını simvolizə edən bu xüsusi Zəfər Günü münasibətilə Azərbaycan rəhbərliyini və qardaş Azərbaycan xalqını təbrik edirik. Azərbaycana sülh, birlik, rifah və davamlı uğurlar arzulayırıq!”, – paylaşımda bildirilib.