Azərbaycanla Türkiyə arasında səfərlər şəxsiyyət vəsiqəsi ilə həyata keçiriləcək Siyasət

Azərbaycanla Türkiyə arasında səfərlər şəxsiyyət vəsiqəsi ilə həyata keçiriləcək

"Azərbaycan və Türkiyə arasındakı münasibətlər elə bir səviyyədədir ki, iki ölkə arasında viza rejimi olmamalıdır".
Bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov BMTM və Türkiyə XİN Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri" adlı vebinarda çıxış edərkən deyib.
Nazir müavini bildirib ki, iki ölkə arasında gediş-gəlişin asanlaşdırılması üçün müxtəlif üsullar var və müəyyən tədbirlərin görülməsi tələb olunur.
O qeyd edib ki, Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyəyə səfəri çərçivəsində bu məsələ qaldırıldı və dərhal qeydiyyata götürüldü: “İşçi səviyyəsində addımlar atılır, texniki məsələlərin həlli üçün sənədlər hazırlanır və ümid edirəm ki, yaxın zamanlarda praktiki olaraq bu məsələnin həllinə nail olacağıq, vətəndaşlarımız şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə, Türkiyədən də Azərbaycana gedib-gələcəklər”.