“Avropa İran cəbhəsinə girmir”
19 Mart 23:01
19 Mart 23:01
19 Mart 22:25
19 Mart 21:47
19 Mart 21:43
20 Yanvar 2021 15:20
2 429
Fransanın "Lagazetteaz.fr" onlayn qəzetində 20 Yanvar faciəsi haqqında məqalə dərc olunub.
Trend-in məlumatına görə, məqalədə sovet ordusunun yanvarın 19-dan 20-ə keçən gecə Azərbaycan xalqına qarşı törətiyi cinayətdən ətraflı bəhs edilib.
Bildirilib ki, keçmiş sovet ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq.
Məqalədə qeyd olunur ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.
Vurğulanıb ki, həmin gecə Bakının küçələri günahsız insanların qanına boyanmışdı. Sovetin qəddar ordusu uşaq, qadın, yaşlı demədən qarşılarına keçən hər kəsi qətlə yetirir, insanlığa qarşı ağır cinayət, tarixin ən qanlı faciələrindən birini törədirdilər.
19 Mart 19:34
1 281
19 Mart 19:08
1 197
19 Mart 19:08
1 162