15 Sentyabr 17:53
08:40
364
Venesuela Prezidenti Nikolas Maduro dövründə ölkənin keçmiş sənaye naziri olmuş Aleks Saab çirkli pulların yuyulması ilə bağlı sui-qəsddə günahkar olduğunu etiraf edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin bəyanatında bildirilib.
"54 yaşlı Aleks Naim Saab Moran bu gün Venesuela və ABŞ-də miqyaslı korrupsiya və fırıldaqçılıq sxemi vasitəsilə əldə edilmiş vəsaitlərin yuyulması məqsədilə sui-qəsddə özünü təqsirli bilib", — deyə Amerika nazirliyi sentyabrın 15-də məlumat verib.
Saabı 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Məhkəmə hökmün çıxarılacağı tarixi hələ təyin etməyib.
May ayında Venesuelanın informasiya və rabitə naziri Migel Peres Saabın Bolivarian respublikasından ABŞ-yə deportasiya olunduğunu və onun Birləşmiş Ştatlarda müxtəlif cinayətlərin törədilməsində əli olduğunu bildirmişdi.
Məryəm Quliyeva