15 Sentyabr 17:53
08:29
427
ABŞ Prezidenti Donald Trampın administrasiyası İsrailə ümumi dəyəri təxminən 2,8 milyard dollar olan ağır aviasiya bombaları partiyasını satmağı nəzərdə tutur.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə sentyabrın 15-də mənbələrə istinadən "The Washington Post" (WP) qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, "Tramp administrasiyası İsrailə 2000 funtluq (təxminən 907 kq) bombaların satışı üzrə son illərin ən böyük sazişi ola biləcək çoxmilyardlıq müqavilə hazırlayır". WP mənbələrinin bildirdiyinə görə, söhbət 20 min ədəd MK-84 aviasiya bombası, 20 min ədəd BLU-117 bombası və eyni sayda I-2000 kimi də tanınan BLU-109 sığınacaqdələn bombalarının satışından gedir.
Nəşr izah edir ki, söhbəti gedən sazişi xarici dövlətlərə Amerika silahlarının satınalınması üçün qrant və kreditlərin ayrılmasını nəzərdə tutan "Foreign Military Financing" mexanizmi vasitəsilə həyata keçirmək planlaşdırılır. Qəzetin mənbələrinə görə, müqavilənin məbləği təxminən 2,8 milyard dollar təşkil edə bilər.
Məryəm Quliyeva