Heqset və Pistorius "NATO 3.0" konsepsiyasını müzakirə ediblər Dünya

Heqset və Pistorius "NATO 3.0" konsepsiyasını müzakirə ediblər

ABŞ-nin hərbi naziri Pit Heqset və Almaniyanın müdafiə naziri Boris Pistorius Vaşinqtonda keçirilən görüşdə iki ölkə arasında hərbi-sənaye sahəsində əməkdaşlığın inkişaf etdirilməsi barədə razılığa gəliblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Pentaqonun mətbuat xidmətinin yaydığı bəyanatda bildirilir.

Sənəddən bəlli olduğu kimi, Heqset və Pistorius Şimali Atlantik Alyansının yenilənməsini nəzərdə tutan "NATO 3.0" konsepsiyasını, Avropanın hərbi xərclərinin artırılmasını və iki ölkənin hərbi-sənaye bazasını müzakirə ediblər. Bəyanatda vurğulanır ki, iki idarənin rəhbəri Pentaqonun satınalmalar sisteminin islahatı üzrə strategiyasını Almaniyanın Bundesverin (Almaniya Silahlı Qüvvələri) silah və təchizatının satınalınması prosesinin sürətləndirilməsi haqqında qanunu ilə əlaqələndirmək məqsədi daşıyan saziş imzalayıblar.

Heqsetin təqdim etdiyi versiyaya görə, bu razılaşmalar "hərbi-sənaye sahəsində ikitərəfli əməkdaşlığı əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək". Bundan əlavə, onun sözlərinə görə, bu addım ABŞ və Almaniyanın NATO üzrə müttəfiqlərinə silah tədarükünün tempini və həcmini yüksəltməyə şərait yaradacaq.

Məryəm Quliyeva