Prezident İlham Əliyev: Şuşa insanı o qədər özünə cəlb edir ki, bura gələn getmək istəmir - VİDEO Siyasət

Prezident İlham Əliyev: Şuşa insanı o qədər özünə cəlb edir ki, bura gələn getmək istəmir - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərində olublar.

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Şuşa şəhərinə səfərdən görüntülər paylaşıb.

Səfər zamanı Prezident İlham Əliyev bildirib:

"Şuşadan ayrılırıq, yenə də ayrılmaq istəmirik. Şuşa insanı o qədər özünə cəlb edir ki, bura gələn insan getmək istəmir. Şuşaya hələlik deyirik".