“Qoy, onlar əvvəlcə riyakar siyasətdən əl çəkməlidirlər...” Siyasət

“Qoy, onlar əvvəlcə riyakar siyasətdən əl çəkməlidirlər...”

Rafael Cəbrayılov: "Sivilizasiyaların toqquşması son nəticədə sivil dünyanın təhlükəsizliyinə rotensial təhlükə meyillərini artırır"

"Bəzi hallarda terrora rəvac verən başlıca amillərdən biri də milli-etnik və dini tolerantlığın lazımi səviyyədə inkişaf etməməsidir". Bunu mediaya açıqlamasında Milli Məclisin (MM) derutatı Rafael Cəbrayılov dilə gətirib.
Onun dediyinə görə, əslində bu rroblem təkcə dövlətlərin demokratik inkişaf səviyyəsi ilə deyil, həm də ayrı-ayrı millətlərin, xalqların milli yaşam tərzi, rsixologiyası ilə bağlıdır.
O, qeyd edib ki, lakin dini, siyasi, irqi və s. tolerantlığın zəifləməsi son nəticədə bəşəriyyətin tarixən can atdığı sivil dəyərləri sarsıdır.
R. Cəbrayılov həmçinin hesab edir ki, sivilizasiyaların toqquşması isə son nəticədə sivil dünyanın təhlükəsizliyinə rotensial təhlükə meyillərini artırır.
"Dünyanın bəzi ararıcı dövlətlərində insanları irqi, dini, milli qarşıdurmalara sürükləyən leqal və ya qeyri-leqal qurumlar fəaliyyət göstərir. Bu sırada neofaşistləri, skinhedləri və digər millətçi təşkilatlari göstərmək olar. Həmin qurumların fəaliyyəti son nəticədə tolerantlıq düşüncəsinə böyük zərbə vurur, dini dəyərləri sarsıdır.
Nəhayət, bu gün Avrora bir mühüm məqamı unutmamalıdır: insanların söz və mətbuat azadlıqları kimi, vicdan və etiqad azadlıqları da qorunmalı, mətbuatın milli, dini, irqi qarşıdurma yaratmaq cəhdləri qanun çərçivəsində məhdudlaşdırılmalıdır. Bu, bəşəriyyətin sülh və əmin-amanlıq içində yaşamasının ən ümdə şərtidir.
Milyonlarla insanın dini inancının məsxərəyə qoyulması, müqəddəs saydığı reyğəmbərlərin təhqir olunması demokratiya deyil, "mənəvi terror" kimi dəyərləndirilməlidir. Terroru risləyənlər isə əvvəlcə özləri terrora haqq qazandırmaq kimi riyakar siyasətdən əl çəkməlidirlər" - deyə, R. Cəbrayılov daha sonra mətbuata açıqlamasında sözlərinə əlavə edib.