“Erməni təcavüzkarları 20-ci əsrdə bir neçə dəfə azərbaycanlılara qarşı əsl soyqırımı aktları həyata keçiriblər” Siyasət

“Erməni təcavüzkarları 20-ci əsrdə bir neçə dəfə azərbaycanlılara qarşı əsl soyqırımı aktları həyata keçiriblər”

Tahir Rzayev: "Bakı, Şamaxı, Quba, Qaradağlı, Xocalı və sair kütləvi insan qırğınları ilə müşahidə olunan soyqırımları buna əyani nümunədir"

"Ermənilər tarixən türklərə və azərbaycanlılara düşmən mövqeyində olublar. Hər iki xalqa qarşı törədilən faciələr, insan qırğınları, terror aktları illər boyu davam edib və bu gün də bu təxribatlar, qarşıdurmalar davam etməkdədir". Bunu Milli Məclisin (MM) deputatı Tahir Rzayev dilə gətirib. Onun dediyinə görə, erməni təcavüzkarları 20-ci əsrdə bir neçə dəfə azərbaycanlılara qarşı əsl soyqırımı aktları həyata keçiriblər - Bakı, Şamaxı, Quba, Qaradağlı, Xocalı və sair kütləvi insan qırğınları ilə müşahidə olunan soyqırımları buna əyani nümunədir.
O bildirib ki, bu gün Azərbaycanın 20 faiz torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, bir milyondan artıq insan öz ata-baba torpaqlarından didərgin salınıb, Qarabağ müharibəsində on minlərlə insan həlak olub, yaralanıb, itkin düşüb.
Ermənilər atəşkəsin tətbiq olunmasına baxmayaraq, yenə də sərhədləri pozur, əsgərlərimizi və dinc əhalini qətlə yetirir, işğalçılıq siyasətini davam etdirirlər. Onlar Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini, bir çox beynəlxalq təşkilatların qərar və göstərişlərini saya salmır, təcavüzkar əməllərindən əl çəkmirlər. Türkiyə Respublikasına qarşı münasibətdə də Ermənistan eyni mövqeyi tutur və düşmənçilik siyasəti yeridir.
Onlar tarixdə olmayan qondarma erməni soyqırımını illərlə gündəmə gətirməklə Türkiyəyə qarşı torpaq, müəyyən iddialarla çıxış edirlər. Qardaş respublikanın imicinə ziyan vurmaqda davam edirlər. Bu il ermənilər saxta soyqırımı faciəsinin 100 illiyini dünya miqyasında qeyd etməyə hazırlaşmaqla yenidən Türkiyəyə hansısa bir zərbə vurmaq niyyətindədirlər.
Çox təəssüflər olsun ki, bəzi ölkələr, beynəlxalq təşkilatlar ermənilərin bu fitnəsinə uyub tarixi araşdırmalara getmir, bununla da təcavüzkar xalqı yeni fitnələrə ruhlandırırlar. Belə olan halda Türkiyədə və xaricdə olan ermənipərəst qüvvələr Türkiyə-Ermənistan sərhədlərinin açılmasını, bu ölkələrin yaxınlaşmasını yenidən gündəmə gətirir və onun faydalı olacağını bildirirlər. Ancaq bütün bunlar əsası olmayan fikirlərdir".
T.Rzayev hesab edir ki, çünki Türkiyə Ermənistanın üzünə sərhədlərini Azərbaycan torpaqlarının işğalı ilə əlaqədar bağlayıb və bu ölkənin rəhbərləri, siyasi hakim dairələri Azərbaycan torpaqları işğaldan azad edilmədiyi, Ermənistanın öz iddialarından əl çəkmədiyi halda sərhədlərinin açılmayacağını dəfələrlə bəyan edib:
"Göründüyü kimi, Ermənistan nəinki torpaqlarımızı işğaldan azad edir, əksinə Türkiyəyə qarşı düşmənçilik münasibətlərini daha da kəskinləşdirilməkdədir. Belə olan halda Türkiyə-Ermənistan, eləcə də Azərbaycan münasibətlərinin yaxşılaşmasından, sərhədlərin açılmasından söhbət gedə bilməz. Və bu, yolverilməzdir.
Türkiyə bu addımı atarsa, həm dövlətin, xalqın mənafeyinə ciddi zərbə vura bilər, dünyada siyasi çəkisini azaldar və həm də Azərbaycanla əlaqələri zəiflədə bilər. Ermənilər heç vaxt, ermənilərə heç vaxt aman vermək, arxa çevirmək olmaz. Çünki onlar düşməndir. Özü də çox amansız, qəddar və həyasız düşmənlərdir".

Əli