Tramp və Netanyahu arasında İranla gərginlik barədə telefon danışığı olub Gündəm

Tramp və Netanyahu arasında İranla gərginlik barədə telefon danışığı olub

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb.

Söhbət iyunun 7-si axşam saatlarında İsrail və İran arasında başlayan qarşılıqlı zərbələr fonunda reallaşıb. Danışığın təfərrüatları açıqlanmır, Netanyahunun dəftərxanası hələlik məsələ ilə bağlı şərh verməyib.

12-ci kanalın mənbələrinin məlumatına görə, hazırda İsrail hərbçiləri ölkənin siyasi rəhbərliyindən "bundan sonra hara doğru hərəkət etmək" barədə göstərişlər gözləyirlər.

Bundan əvvəl Tramp bəyan etmişdi ki, İran və İsrail Yaxın Şərqdə atəşkəs əldə olunmasına çalışırlar.

Məryəm Quliyeva