Müəllimlərin sertifikatlaşdırılmasının test mərhələsi 35 mərkəzdə keçiriləcək
Müəllimlərin sertifikatlaşdırılmasının test mərhələsi 35 mərkəzdə keçiriləcək
Ceyhun Bayramov: Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakı ilə bu gün Cənubi Qafqazda sabitlik var
Xaricdə təhsil üzrə sənəd qəbulu başa çatıb, müsahibəyə start verilib
Türkiyə, Azərbaycan və Gürcüstanın XİN rəhbərləri İstanbul Bəyannaməsini imzalayıb
15:45
644
İran Silahlı Qüvvələri İsrailə qarşı hərbi əməliyyatı başa çatdırıb, lakin İsrail ordusunun Livana zərbələrini bərpa edəcəyi təqdirdə Tehranın reaksiyası daha sərt olacaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiyə" mərkəzi qərargahı bəyan edib.
"Zalım sionist rejimin (İsrail nəzərdə tutulur) ABŞ-ın dəstəyi ilə Livanın cənubunda və Dahiya bölgəsində həyata keçirdiyi təcavüzkar və düşmənçilik hərəkətləri nəticəsində İran İslam Respublikasının qüdrətli Silahlı Qüvvələri bu rejimə ağrılı cavab zərbəsi endirib. Bu əsasla silahlı qüvvələrin əməliyyatlarının dayandırıldığı elan edilir. Bununla belə, vurğulanır ki, təcavüz və düşmənçilik hərəkətləri, o cümlədən Livanın cənubunda davam edəcəyi təqdirdə, əvvəlkilərdən daha sərt və dağıdıcı tədbirlər görüləcək", — deyə "Fars" agentliyi bəyanatdan bir parçanı sitat gətirib.
Məryəm Quliyeva