“Türk və Sami mədəniyyətlərin qarşılıqlı əlaqələri əsasında yaranmış Nuhun tufanı və ümumdünya daşqını haqqında rəvayətlər...” Layihə

“Türk və Sami mədəniyyətlərin qarşılıqlı əlaqələri əsasında yaranmış  Nuhun tufanı və ümumdünya daşqını haqqında rəvayətlər...”

Yasəmən Qaraqoyunlu:"İslamdanöncəki dönəmdə Azərbaycan və İkiçayarasındakı qədim Türk – Sami sivilizasiyalarının qarşılıqlı əlaqələri barədə bilgilər verir"
IV yazı...

"Şumer Aratta münasibətləri haqqında bir çox Şumer dastanları "En Merkar və Aratta hökmdarı", "En Merkar və En-Sukuşsiranna", "En Merkar və Luqalbanda", "Luqalbanda və Hurrum dağ" dastanında məlumatlar əks olunub. Şumer və Aratta, Lullubi, Quti dini panteonları eyni olub, ilahe İnannaya sitayiş edilib. "Aratta, Lullubi, Quti və Subartu, Şumer dövlətləri həm coğrafi və landşaft yaxınlığının təsiri ilə həm də bu dövlətlərin qurucularının prototürk tayfaları olması (kəngər su, turukku, kuti, lüllübi və s.) etibarilə eyni mədəniyyət və dünyagörüşü paylaşıblar". Bu dünyagörüşü "Bilqamus haqqında dastan"da öz əksini tapmışdır. Bu dövlötlər e.ə. III minilliyin birinci yarısında təkcə İkiçayarası və Azərbaycanın deyil, bütövlükdə qədim Orta Şərqin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıblar". Bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi işçisi Yasəmən Qaraqoyunlu səsləndirib. O, əlavə edib ki, Azərbaycan semit mədəniyyət dairəsində: E.ə.5-4 min il əvvəl Sami xalqlarının əcdadları bu günkü Yəmən, Hazar¬mevt, Fələstin, Qəzzədə, ümumiyyətlə Aralıq dənizinin cənub-qərb və Hind okeanının Ərəbistan sahillərində yaşayıb və bir qisimi də Ərəbistan çöllərinin cənub, qərb və şimal tərəflərində, köçəri tayfalar formasında həyat sürüblər: "Me¬zopotamya və Xuzistanda Şümerlər və Elamlar vasitəsilə qu¬rulan yüksək sivilizasiyalı şəhərlər sami xalqlarının diqqətini çəkib və onlar Ərəbistan çöllərindən Mesopotamiyaya köçüb, tədricən Sümerle¬rin yerini tutaraq o yerlərin əsl sahibləri olublar. "E.ə II minillikdən başlayaraq İkişayarasının tarixi artıq daha çox sami xalqlarının tarixi olub" "Mesopatomyada, bu günkü Bağdad yaxınlarında, Sami soyundan olan Ak¬kad lar Təxminən 5000 il bundan əvvəl Sümerleri məğlub edib dövlətlərini Kirmanşah yaxınlarından Şama və Aralıq dənizi sahillərinə qədər genişlətdi. Akkadlar 300 il sürən hakimiyyətləri dövründə Sümer mədəniyyətini mənimsəyib, Sümerler sonrasında Mesopotamiyanın lideri mövqeyinə yüksələrək, Mesopotamiyadakı mədəni inkişafın qabaqcılı olub, daha sonra Mesopotamiyada güclü mövqeyə çatacaq Sami mənşəli Assur və Babil xalqlarına da liderlik ediblər. Akkadlar, Şümerlerden fərqli olaraq şəhər krallıqlarından çox, Kainat və ya Dünya krallığı anlayışını Mesopotamiyaya gətiriblər. Bölgənin mərkəzi bir idarə əlinə keçməsi də ilk dəfə Akkadlar dövründə olmuşdur. Azərbaycanın qədim tarixində ilk imperiya qurmuş Qutilər Sami Akkad dövlətinə son qoymuş,indiki İran cografiyasında yaranmış Elam dövlətini işgal etməklə Azərbaycan-Şumer-Akkad-Elam mədəniyyətlərinin sintezinə səbəb olan ilk Azərbaycan mərkəzli Ön Asiya imperatorlugu qurublar. Qutların Mesopotmiyada 125 ildən çox davam edən hakimiyyət illərində Azərbaycan və İkiçayarası və Elam mədəniyyətləri arasında təmaslar və uzlaşma, sintez eyni dünyagörüşü doğurub və bu dünyagörüş islamdan əvvəlki Qədim şərq mədəniyyətinin dominant dəyərlərindən biri olub. Quti hökmdarlarının Akkad dilində yazdırdıqları mixi kitabələrdə Akkad allahları İştar və Sinə sitayiş etdikləri bəlli olur. İkiçayarası Şumer, Qut və Elam mədəniyyətləri İltisaqi dilli (prototürk) xalqların mədəniyyəti, Akkad, Babil və Assuriya isə Sami irqlərinin mədəniyyətləri idi və bu mədəniyyətlər arasında hegemonluq və imperatorluq iddiaları, çatışma və uzlaşma islam öncəsi Şərq mədəniyyətinin qarşılıqlı mədəni təsirlərində başlıca xətt təşkil edib. Qeyd edək ki, Bibliya mətnləri islamdan öncəki dönəmdə Azərbaycan, Ön Asiya və Orta şərqdə olan mədəni fəaliyyətlər və sivilizasiyaların qarşılıqlı əlaqələri barədə xeyli bilgilər vərməkdədir".
O qeyd edir ki, II miniliyin əvvəllərində yüksələrək dövlət quran sami kökənli Assurların Orta Şərqdə qurduqları geniş ticarət şəbəkəsi onların Mesopotamiya mədəniyyətini fərqli bölgələrə yaymasına və fərqli mədəniyyətləri də Mesopotamiyaya daşımasına səbəb olub: "Anadoluya yazının gəlməsi də yenə bu dövrdəki Asurlu tacirlər sayəsində olub. Ön Asiyada 900 il davam edən Assuriya hökuməti daim torpaqlarını genişlətmək siyasəti yürüdərək, Anadoluda qurulmuş min illik Hi¬tit imperatorluğunu ortadan qaldırdılar, Finikiyanı, Fələstini, Misiri özlərinə tabe etdilər, Lullubi və Gutti xalqlarını bir müddət özlərinə xərac verməyə məcbur etdilər və İran çölünə qədər irəliləyərək Farsları özlərinə tabe etdilər, Elamları isə bir daha tarix səhnəsinə çıxa bilməyəcəyi şəkildə ortadan qaldırdı¬lar. 700 il Azərbaycanda qurulmuş dövlətləri və mədəniyyətləri daim təhdid altında saxlamış Assuriya dövlətini. Midiya kralı Kiaksar məglub edərək tarix səhnəindən sildi.
İkiçayarasında yüksələn digər sami kökənli dövlət Babildir. Amurru mənşəli olan Köhnə Babil sülaləsi, 5-ci kral Hammurapi ilə dövrün digər krallıqları üzərində hakimiyyət qurub. Bu dövrdə Anadoluda qurulmuş Hetit Dövləti fəthlərə başlamış və sonunda Hitit Kralı I. Murşili M. Ö. 1595-ci ildə Babili məglub edib. Daha sonrakı dövrlərdə Zaqroş daglarında yaşayan Azərbaycan kökənli etnoslardan biri olan Kassitler önə çıxmış, beş yüz il Babildə hakimiyyəti ələ alaraq Azərbaycan-Babil mədəniyyətlərinin sintezinde böyük rol oynayıblar. Anadoludakı Hititler güclənib, Hurrilər Mitannilərin öndərliyində yeni bir siyasi güc meydana gətiriblər. Təxminən iki əsr sürən Mitanni-Hurri hakimiyyəti sami mədəniyyətinin Azərbaycana və Anadoluya yayılmasını önləmişdir.Beləliklə qeyd etməliyik ki, e.ə.III minilliyin başlanğıcından Ərəbistan çöllərindən İkiçayarasına axın-axın gələn sami tayfalarının qurduqları semit mənşəli Akkad-Babil, Assuriya dövlətləri ilə İltisaqi dilli xalqların qurduqları Subartu, Şumer, Elam, Aratta, Lullubi, Quti, Manna, Hetit, Hürri-Mitanni, Urartu dövlətləri arasında hegemonluq mübarizələri, mədəniyyətlərarası savaşlar və təmaslar İslamöncəsi Azərbaycan mədəniyyətinin xarakterində öz əksini tapıb. Qeyd edək ki, İkiçayarasında qurulmuş sami kökənli Akkad dövlətini Azərbaycanda qurulmuş Quti dövləti, Babil dövlətini Kassilər, Assuriyanı isə Midiya dövləti siyasi səhnədən siliblər". O qeyd edib ki, bu isə Ön Asiyada sami dilli xalqlarla iltisaqi dilli xalqlarin mədəniyyətləri arasindakı rəqabətin nəticəsi idi: "Türk və Sami mədəniyyətlərin qarşılıqlı əlaqələri əsasında yaranmış Nuhun tufanı və ümumdünya daşqını haqqında rəvayətlər, (Bilqamıs haqqında Dastan) həmçinin dünya xalqlarının şəcərələrinin yaradılması ilə bağlı Yasəf və İbrahim Peyğəmbərlərin fəaliyyəti, (Bibliya mətnləri) İslamdanöncəki dönəmdə Azərbaycan və İkiçayarasındakı qədim Türk – Sami sivilizasiyalarının qarşılıqlı əlaqələri barədə bilgilər vərməkdədir. E.ə. I minilliyin əvvəllərində yaranmış Manna dövlətində də İkiçayarası mədəni ənənələri davam etmiş, çoxallahlılıq və quldarlıq təsisatı yaranıb. Mannalıların əfsanə və dastanları, şifahi xalq yaradıcılığı qədim Şərq mifoloji qaynaqlarından və dünyagörüşündən qidalanmaqda idi. E.ə. VII –VIII əsrdə Orta və Yaxın Şərqin ən böyük dövləti olan İşquz dövləti Quzey Qafqaz,İran və Şərqi Anadolu, Qara dənizin Şimal sahillərini Əhatə etmişdir və "Azərbaycan cografiyasının etnik quruluşu İşquzlarla şəkillənməyə başlayıb". İşquzların Cənubi Qafqazdakı dövlətinin mərkəzi Sakasena(Şəki) şəhəri idi. Alp Ər Tonqanın (Partatua) rəhbərliyi ilə yaranan bu dövlətin Azərbaycanda qurduğu şəhərlər (Şəki, Bərdə, Gəncə və Şabran), çəkilən su kəmərləri, qurudulan göllər, abadlıq və Tək Tanrılıq dünyagörüşü Avesta qatlarında öz əksini tapıb. E.ə. I minillikdən sonra Sakasenada İşquz dövlətinin varisi Alban Dövləti qurulub. Sak dövləti türk mədəniyyətinin dominantlığını bu coğrafiyada qorumaqla onun Midiyaya ötürülməsində böyük rol oynayıb. Manna dövlətinin iqtisadi, milli və mədəni quruluşu, Midiya dövlətinin iqtisadi, milli və mədəni quruluşunun təməlini təşkil edib. Manna torpaqları mədəni baxımdan Midiyanın mərkəzi idi. Midiya dövləti qurulduğu ilk 40-50 il müddətində yalnız Quti-Lullubilərdən ibarət iltisaqi dilli xlqların dövləti olsa da, genişlənərək müxtəlif köklü və dilli xalqları, ölkələri hakimiyyətləri altına alaraq, Orta Şərqin ən böyük imperatorluguna çevrildiyi dönəmdə də rəsmi və yazı dili Elam dili olub. Midiya dövlətini (Mannalar və Medler), iltisaqi dilli, Qutti-Lullubilərin varisi və eyni etnik xüsusiyyətlərə malik olan xalq yaratsa da, genişlənərək imperatorluğa çevrilən Midiya ceşidli milli və etnik xüsusiyyətlərə malik olan xlqlardan- yəni iltisaqii dillilər, Hint-Avrupa dillilər və Sami dilli xalq-lardan, təşkil olunmuşdu. İmperatorluğun Mərkəzində və qəlbin¬də Hint-Avrupa dilli xalqlar deyil, iltisaqi dilli xalqlar yəni Quttilər, Lullubilər, Mannalar, Zikertulular, Mesilər, Marliklilər, Qızılbundalılar və.s. Mərkəzi Midiya və Azərbaycan xalqları yer almışdılar...".

Əli