XIX əsrin əvvəllərində Qarabağ xanlığı uğrunda rus-Qacar rəqabəti Layihə

XIX əsrin əvvəllərində Qarabağ xanlığı uğrunda rus-Qacar rəqabəti

4-cü yazı

Tarix üzrə elmlər doktoru, professor Tofiq Mustafazadə yazır ki, Abbas Mirzə döyüşə başlamazdan əvvəl İbrahimxəlil xanı öz tərəfinə çəkmək üçün daha bir cəhd göstərdi. Onun göndərdiyi nümayəndələr İbrahimxəlilxəlil xanı dilə tutmağa başladılar. Çoxsaylı orduya qarşı durmaq üçün kifayət qədər qüvvəsi, rusların da yeger dəstəsindən başqa qoşunu olmadığından İbrahimxəlil xan Qarabağ elləri və kəndlərinin ayaq altında dağılmaması üçün qızılbaşlarla xoşluqla rəftar etməyə başladı. Eyni zamanda o, atdığı hər bir addımı barədə Şuşadakı rus qarnizonunun komandiri mayor Lisaneviçə məlumat verirdi. Sonuncu Qarabağ xanına tezliklə əlavə kömək gələcəyinə söz versə də vəziyyət dəyişməz olaraq qalırdı. Bundan istifadə edən şah ordusu Şuşanı mühasirəyə almağa başladı. Vəziyyətin getdikcə ağırlaşdığını görən İbrahimxəlil xan öz ailəsinin və yaxm adamlarınm təhlükəsizliyini təmin etmək üçün şəhəri tərk etmək qərarına gəldi. O, Şuşadan 4 kilometr aralıda yerləşən Xan bağı adlı yerə gəlib burada düşərgə saldı. Lisaneviç xanın qalaya dönməsini tələb etdi. Xan öz oğlu Mehdiqulu ağanı Şuşaya göndərib, səhəri özünün də Şuşaya gələcəyini bildirdi. Mir Mehdi Xəzani yazır: "..şul gecə şeytanlıq peşəsi olan şər adamlar mayora şərarət edib, deyiblər ki, İbrahimxəlil xanın Qızılbaşla güftüqusu var. Bu gecə xanın yanında çox cəmiyyəti - külli və qoşun var ki, Qızılbaşdan gəlib hazırdırlar". J.Xəzaninin bu sözlərini belə bir fakt da təsdiq edir ki, məlik Cəmşid mayor Lisaneviçə çuğulluq edərək bildirmişdi ki, guya xan Fətəli şahla gizli əlaqə saxlayır və şah Qarabağa qoşun göndərmişdi.
Həsən Əlizadə özünün "Şuşa şəhərinin tarixi" adlı əsərində baş vermiş hadisəni belə təsvir edir: "Fitnəkarların aravurması nəticəsində gecə mayor Lisaneviç Şuşadan çıxıb xanın düşərgəsinə hücum etdi. Xan çadırdan mayoru gördü: "Gecənin bu vaxtında nə hadisə üz verib" - deyə sual verdi. Lakin nahaq qan tökməyə adət etmiş Lisaneviç çadırlara atəş açmaq üçün əsgərlərə əmr etdi. Həmin gecə çadırda olanlardan 17 nəfəri öldürüldü. Ölənlər içərisində İbrahimxəlilxəlil xan, arvadı Tuba xanım, qızı Səltənət bəyim, 12 yaşlı bir oğlu, həmçinin Kəbirli Abbasqulu ağa, Hacı Həsənəli bəy, Əli bəy, Mirzə Haqverdi, qərvəndli Hümmət bəy, Sarıcalı Gülməli bəyin oğulları Cavanşir və Həsən ağa, nökərlərdən qərvəndli Əlipənah, əfşar Cavanşir və Mirzə Nağı, Kəbirli Əcəməlinin oğlu Hacı Həsən iki oğlu ilə, iki nəfər Şelli və iki başqa adam öldürülmüşdü. Həmin qanlı faciəli gecədə Mehdiqulu ağa və Cəfərqulu ağa Şuşada idilər".
Rzaqulu bəy Mirzə Camal oğlu cəmi 17 nəfərin qətlə yetirildiyini yazır, lakin ölənlərin adlarını sadalayarkən belə çıxır ki, əslində 21 nəfər qətlə yetirilmişdir. O yazır: "Lisaneviç o gccə allahın qəzasından İbrahimxəlil xanı, arvadı Tuba xanımı, qızı Səltənət bəyimi, 12 yaşlı bir oğlunu, həmçinin Kəbirli Abbasqulu ağanı, Hacıhəsənli bəyi və Mirzə Haqvcrdini, qərvəndli Hümmət bəyi, sarıcalı Gülməli bəyin oğlu Cavanşiri və Həsənağanı, qərvəndli qulluqçu Əli Pənahı, əfşar Cavanşiri və Mirzə Nağını, Kəbirli Əcəmoğlunun oğlu Hacı Həsəni və onun iki oğlunu, iki nəfər Şelli və iki nəfər başqa adamı, cəmi 17 nəfəri öldürdü".
Professor Tofiq Mustafazadənin araşdırmasında bildirilir ki, törədilən qətl o dərəcədə böyük amansızlıqla həyata keçirilmişdi ki, o nəinki Qarabağda, hətta qonşu ərazilərdə belə əhalinin dərin hiddətinə səbəb olmuşdu. Təəsüf ki, İbrahimxəlilxəlil xanın oğlu Mehdiqulu xan və nəvəsi Cəfərqulu ağa yaranmış vəziyyətdən rus qoşunlarını Qarabağdan qovub çıxarmaq üçün istifadə etmədilər. Onlar bunun tamam əksinə hərəkət etdilər və guya heç bir şey olmamış kimi rus ordusu üçün taxıl və ərzaq tədarük etməyə başladılar. İbrahimxəlilxəlil xan və onun ailə üzvlərinin vəhşicəsinə qətlə yetirilməsi təsadüf, yaxud bir və ya bir neçə nəfərin Lisaneviç və onun ətrafındakıların düşünülmüş niyyətlərinin nəticəsi idimi və yaxud da rus komandanlığının planlarının həyata keçirilməsi ilə bağlı idimi? Bu barədə tarixşünaslıqda müxtəlif mülahizələr mövcuddur. Çoxları bu faciəni yalnız Lisaneviçin düşünülməmiş, cinayətkar hərəkətinin nəticəsi sayırlar. Ancaq çox güman ki, bu qətldə rus komandanlığının da günahı olmamış deyil, ən azı komandanlığın İbrahimxəlilxəlil xana qarşı olan etimadsızlığının, Lisaneviç və Corayevin qoca xanla həqarətli davranışına göz yummasının məntiqi nəticəsi olmuşdu. F.Abasov yazır ki, Sisianov İbrahimxəlil xana qarşı yalnız sözdə səmimi idi və ola bilər ki, gizli göstərişi ilə xanın müqəddəratını həll etmişdi. Sisanovun bu cür hərəkət etməsinə aşağıdakılar səbəb ola da bilərdi: Əvvəla, İbrahimxəlilxəlil xan Rusiya təbəəliyini qəbul etməyə dərhal razı olmamışdı. İkincisi o, qeyri-xristian idi; üçüncüsü xaınn Qacarlar tərəfinə keçməsi təhlükəsi vardı. Dördüncüsü, Sisianov hesab edirdi ki, xanın ətrafindakılarm bir hissəsi iranpərəstdir və onlar xanı şaha tərəf meyl göstərməyə sövq edə bilərlər, şübhə var idi ki, xan gizli surətdə Fətəli şahdan məktublar alır və bu barədə rus hakimiyyət orqanlarını məlumatlandırmır. Sisianov İbrahimxəlil xanın rus hərbi dəstəsinə hərbi yardımı ləngitməsindən, Fətəli şahın tərəfdarı olan naxçıvanlı Abbasqulu xanın Şuşa sarayında saxlanmasından və İbrahimxəlilxəlil xanın bir sıra digər hərəkətlərindən narazı idi. Beşincisi, xan ailəsinin yeganə çox inandığı üzvü, taxtın varisi Məhəmmədhəsən ağa vərəmdən ölmüşdü.
Sisianovun çara ünvanladığı raport da Məhəmmədhəsən ağanın vəfatından sonra Qarabağ xanlığında vəziyyətin gərginləşdiyini sübut edirdi. Sisianov yazırdı ki, bu ölüm ilə o, Qarabağda etibarlı dayağından məhrum olmuşdu. Sisianov hesab edirdi ki, xan taxtının növbəti varisi - Məhəmmədhəsən ağanın oğlu Cəfərqulu ağanın taxta çıxmasına əmilərinin maneçilik törətməmələri üçün mayor Lisaneviçə əmr etmişdi ki, əmilərin davranışına nəzarət etsin, vəliəhdə isə hərtərəfli yardım göstərsin.
Professor Tofiq Mustafazadənin araşdırmasında bildirilir ki, Sisianov İbrahimxəlil xana 20 iyul 1805-ci il tarixli məktubunda onu sədaqətsizlikdə və qeyri-minnətdarlıqda ittiham edirdi. General xarici işlər naziri A.Çartorıyskiyə 23 iyul 1805-ci il tarixli məktubunda isə xanın sədaqətinə şübhə etdiyini, xanın qarabağlıları ruslara qarşı qaldıran iranpərəst xainlərlə əhatə olunduğunu yazırdı. Bununla əlaqədar Çartorıyski İbrahimxəlil xana yazırdı: "Siz, eviniz və bütün Qarabağ mülki Rusiya himayəsinə yalnız onun üçün qəbul edilmişdir ki, İran təhlükəsindən müdafiə olunasınız. Elə ilk dəfədən siz ali monarxın himayəsinin gücünü İran ordusu xanlığı təhdid edən zaman görmüsünüz ki, mülkləriniz və Şuşa qalası təhlükəli bədxahlarınızdan qorunub".
Çartoriyski xanı məzəmmət edərək yazırdı ki, o, nəinki, Sisianova qeyri-səmimi cavablar verərək rusların müdafiə olunmasına yardım göstərməyib, hətta polkovnik Karyağinin sursata böyük ehtiyacı olan hissəsinə azacıq da köməklik etməmişdi. Buna görə də imperator sizdən narazıdır və məsləhət görür ki, xan düzgün yola qədəm qoysun, əhatəsindəki düşmən tərəfin tərəfdarları ilə əlaqədən imtina etsin və onları rus tərəfinə versin. Sisianovun İbrahimxəlilxəlil xana 11 sentyabr 1805-ci il tarixli məktubundan məlum olur ki, onların arasındakı münasibətlərin soyumasına təsir edən səbəblərdən biri də bu olmuşdu ki, şamaxılı Mustafa xan Ağa Məhəmməd şah Qacarın yürüşləri zamanı Şamaxı xanlığına sığınmış qarabağlıları geri qayıtmağa qoymamış və İbrahimxəlilxəlil xan Sisianovdan tələb etmişdi ki, əvvələr söz verdiyi üçün bu məsələni həll etməkdə ona hərbi qüvvə ilə köməklik göstərsin. Sisianov cavabında bildirib ki, əvvəllər o bu vədi verərkən Mustafa xan Rusiya təbəəsi deyildi, indi isə Rusiya himayəsinə və təbəəliyinə nail olmaq istədiyindən general bu işi edə bilməz. İbrahimxəlil xan bu cür cavabdan qəzəblənərək bildirmişdi ki, əgər həmin ailələr geri qaytarılmasa, Rusiyaya xidmət edə bilməz. Sisianov da bildirirdi ki, bunu eşidib Rusiya çarının İbrahimxəlil xanın təbəəliyə qəbul olunması, onun və oğlanlarının hərbi rütbələrlə təltif olunması haqqında fərmanı Peterburqa geri göndərib xanın müqaviləni pozduğunu bildirəcək. Ancaq hələ Elizbar Eristovu göndərib onun vasitəsilə bildirir ki, o əgər ailələrin az hissəsinin qaytarılması ilə rastlaşsa bu məsələni Sisianov Mustafa xanla danışıqlarda həll edə bilər. Bir müddətdən sosnra Sisianovun İbrahimxəlilxəlil xanla məktublaşmasında danışıq tərzinin bir qədər dəyişməsinin şahidi oluruq. 1805-ci il oktyabrın 1-də yazdığı məktubda artıq Sisianov xanlığın Rusiya təbəəliyinə qəbul olunması, xanın və oğlanlarının təltif olunması haqqında fərmanı göndərdiyini, xana dost münasibət bəslədiyini yazırdı. Eyni zamanda Sisianov mayor Lisaneviçi Şuşada baş verən mühüm hadisələr haqqında vaxtlı-vaxtında onu xəbərdar etmədiyinə görə danlayır, hətta onun xanla və ətrafındakılarla əlbir olması barədə şübhə yarandığım bildirirdi. Sisianov bildirirdi ki, Məhəmmədhəsən ağa ölmüşdür, xanm digər oğlanları Mehdiqulu ağa və Xanlar ağa Mirzəli bəy və Fəzi bəylə əlbir olduqlarına görə onların xan taxtına çıxmalarına yol vermək olmaz. Sonuncular Əbülfət xanla əlbirdirlər, Əbülfət xan isə Qarabağa qayıtmaq niyyətindədir, belə olduqda isə Qarabağ İranın hakimiyyəti altına düşə bilər.
Tədqiqatçı hesab edir ki, Məhəmmədhəsən ağanın simasında Rusiyaya sadiq vəliəhdi itirən rus komandanlığı xanlıqda hakimiyyətə Rusiya üçün arzuolunmaz şəxslərin gəlməsinin qarşısım almaq üçün xanı və onun oğlanlarını məhv edə bilərdilər. Hətta Lisaneviçə tapşırıldı ki, Cəfərqulu ağaya təlqin etsin ki, Qarabağda Rusiyaya sədaqətli adamlardan özünə tərəfdarlar toplasın. Bu diqqətə alınmalı bir mülahizədir. Lakin ortaya bir sual çıxır: niyə görə onda ruslar İbrahimxəlilxəlil xanla bir vaxtda qalada olan oğlanları Mehdiqulu ağa və Xanlar ağanı da qətlə yetirib birbaşa Məhəmmədhəsən ağanın oğlu olan və buna görə də vəliəhdliyə ən real namizəd olan, həm də Rusiyaya loyal münasibətilə seçilən Cəfərqulu ağanı hakimiyyətə gətirmədilər.

Elçin Qaliboğlu