Dünya Bankı Azərbaycanda 54 layihəyə təqribən 5,2 milyard dollar məbləğində vəsait ayırıb - Nazir
Dünya Bankının Azərbaycanda kredit ayıracağı layihələr müzakirə edilib
“ABŞ və Rusiya qlobal ictimaiyyətə “həll yolları axtarılır” kimi görüntü vermək istəyir”
Ukrayna Xarici Kəşfiyyat Xidməti Zəngəzurla bağlı bəyanat verdi
6 İyul 2020 16:44
16 940
Bakı Mühəndislik Universitetinin (BMU) nəzdində Kral Sejong İnstitutunun Xırdalan filialının təsis edilməsi layihəsi Cənubi Koreya hökumətinin Kral Sejong Fondu tərəfindən qəbul olunub. Layihənin məqsədinə uyğun olaraq BMU-nun nəzdində təsis olunacaq Kral Sejong İnstitutunun Xırdalan filialında Koreya dili və mədəniyyətinin tədrisi koreyalı müəllimlər tərəfindən təşkil olunacaq.
Bunlarla yanaşı onu da xatırladaq ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində BMU ilə Cənubi Koreyanın İnha Universiteti arasında ikili diplom proqramının həyata keçirilməsi haqqında əməkdaşlıq müqaviləsi imzalanıb. Sözügedən müqavilədə yeni tədris ilindən bakalavr təhsil pilləsi üzrə İnşaat mühəndisliyi, İnformasiya texnologiyaları, Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisaslarında ikili diplom proqramının həyata keçirilməsi də nəzərdə tutulub. Proqrama əsasən tələbələr 3 akademik ili BMU-da, 1 akademik ili isə İnha Universitetində təhsil alacaqlar. Proqrama qəbul olan tələbələrin tədrisi ingilis dilində aparılacaq və proqramın tam olaraq dövlət vəsaiti hesabına təmini nəzərdə tutulub. Bunlarla yanaşı ikili diplom proqramında təhsil alacaq tələbələrə əlavə xarici dil kimi Koreya dili BMU-nun nəzdində fəaliyyət göstərəcək Kral Sejong İnstitutunun Xırdalan filialının koreyalı müəllimləri tərəfindən öyrədiləcək. Bu isə gələcəkdə məzun olacaq tələbələrin Cənubi Koreyanın bir çox universitetlərində təqaüdlə magistr və doktorantura proqramlarında təhsillərini davam etdirməyə imkan verəcək.
BMU gələcəkdə İnha Universiteti ilə müxtəlif beynəlxalq layihələrin, ortaq elmi-tədqiqat işlərinin aparılması və elmi məqalələrin hazırlanması istiqamətində işlərə başlayıb.
23 Yanvar 11:08
2 366
23 Yanvar 11:08
2 436
22 Yanvar 10:42
2 975