Mahmud Bilgin mətbuat konfransı keçirib Güney Azərbaycan

Mahmud Bilgin mətbuat konfransı keçirib

Dekabrın 15-də BMM-də Avropadakı Azərbaycan diasporunun təmsilçilərindən biri Mahmud Bilginin mətbuat konfransı keçirilib. BAO-nun təşkilatçılığı ilə baş tutan tədbirdə dünyada yaşayan azərbaycanlıların problemlərindən danışılıb. BAO başqanı Zahir Əlisoy Azərbaycan türklərinin problemləri barədə iştirakçılara məlumat verib. GADP sözçüsü Mahmud Bilgin isə çıxışında beynəlxalq təşkilatların Güney məsələsi ilə əlaqədar mövqeyinə diqqət çəkib. O, 2 il əvvəl bu məsələnin qlobal əhəmiyyətinin olmadığını deyib: "2 ildən sonra məsələ ilə əlaqədar çox əhəmiyyətli irəliləyişlər əldə edildi. Hətta ABŞ-ın xarici siyasəti və Avropa Parlamentinin gündəliyinə salındı. Habelə, BMT kimi digər qurumlar bu məsələyə diqqəti artırdılar. Bu bir tərəfdən Qərbin bölgədəki maraqlarına yönəlmişdisə, biz isə bundan öz milli maraqlarımızın təmini üçün istifadə etməyə çalışdıq. Jozef Bayden və Avropa Parlamenti qarşısında məsələ qaldırdıq. İndi həmin problem Avropa Parlamentinin gündəliyində yer alıb. Milli Düşüncə İnstitutunun rəhbəri İsa Qəmbər, millət vəkili Sabir Rüstəmxanlı, DAK-ın Daimi Şurasının sədri Əjdər Tağızadə, və digəriləri mövzu ətrafında öz fikirlərini bildiriblər. ("OLAYLAR İA")