Narahat qitə Dünya

Narahat qitə

Avropa İttifaqı vətəndaşların etimadını necə bərpa etsin?

Cavid

Yunanıstandakı böhran göstərdi ki, çətin günlərini təkcə vahid valyuta deyl, Avro İnteqrasiya modeli da yaşayır. Kreditorlar və rəsmi Afina arasındakı anlaşma az adamı inandırdı ki, Aİ-nin süqutu geridə qalıb. Bəs Avropa İttifaqı vətəndaşların etimadını necə bərpa etməlidir? Eyni zamanda Aİ Avropa vətəndaşlarının hamsının eyni taleyə mailk olduqlarını necə sübüt etməlidir?

"Fotbes"ə istinadən Böyük Britaniyalı sosioloq, Londonun iqtisadiyyat məktəbinin keçmiş direktoru Entoni Quddensin "Narahat və güclü kontinent: Avropanı gələcəkdə nə gözləyir?" adlı kitabından bəzi maraqlı məqamları diqqətə çatdırırıq.
2013-cü ildə "Avrobarometr" nəşrinin araşdırmalarına əsasən məlum olub ki, Aİ-na qarşı məyusluq artmaqdadır. Misal üçün 2007-ci ildə aparılan sorğuya əsasən əhalinin 65% Aİ-yə inandığını, 23%-i isə inanmadığını bildirib. Bu gün vəziyyət radikal dəyişikliklərə məruz qalıb. Hazırda 20% Aİ-ni dəstəkləyir. 72% isə bu quruma inanmadığını bildirib. Belə rəqəmlərə daha çox Portuqaliyada, Yunanıstanda, İrlandiyada, Macarıstanda və Ruminiyada rast gəlinib. AB-nin aparıcı üzvlərindən hesab olunan Almaniya, Avstriya və Finlandiyada da bu baxımdan vəziyyət elə də ürək açan deyl. Böyük Britaniyada da Aİ- na olan inam günü gündən azalmaqdadır. Bir çox ölkələrdə Aİ əleyhinə nümayişlər də keçirilib.
Demək olar ki, Aİ-nı dəstəkləyən aksiyaya şahidlik etməmişik. Bir sıra uğurlarına baxmayaraq, Aİ hələ də vətəndaşlarının etimadını qazana bilməyib. Akademik mühitdə deyildiyi kimi, Aİ daha çox "funksionalistik" qurum təsiri bağışlayır və real hisslərlə heç bir əlaqəsi yoxdur. Bu səbədən də, çoxsaylı vədlərə baxmayaraq bu qurum öz vətəndaşları tərəfindən dəstəklənmir.

Gözəgörünməz Aİ

Aİ-nin öz vətəndaşlarından belə uzaq olmasının səbəbi quruluş xüsusiyyətlərindən asılıdır. Açıq danışsaq demək olar ki, Aİ demokratiya və effektli lider baxımından əziyyət çəkir. İttifaqın əsas 3 birliyi var – Avropa Komissiyası, Avropa Şurası və Avropa Parlamenti. Ümumi olaraq götürsək görərik ki, Avropa Komissiyasının əsas məqsədi Aİ-nin planlarını qəbul etmək və siyasətini müəyyənləşdirməkdən ibarətdir. Komisiyanın təkliflərini Avropa Şurası və Avropa Parlamenti qəbul edir. Bu proses çox vaxt uzun olur və nadir hallarda uğurla nəticələnir. Aİ vətəndaşları bu proseslərdə birbaşa iştrak etmir.
Avropa Şurasında təmsil olunan namizədlər daha çox diqqəti öz ölkələrindəki problemlərə ayırırlar. Seçki prosesi gözlənildiyi kimi yüksək səviyyədə keçmir. Avropa Parlamenti əsasən izləyici mövqe tutur və onun fəaliyyəti çox vaxt qeyri-müəyyənliyi ilə seçilir. Aİ-nın aparıcı dövlət başçıları da əsasən ikili standartlara üstünlük verirlər. Onlar Aİ-nın maraqlarına uyğun çıxış etdiklərini bildirsələr də, daha çox öz dövlətlərinin marağını güdürlər. Vətəndaşlara gəlincə isə, onlara müdafiə məqsədi ilə yüngülçəkili legitimlik təklif folunur, çünki Aİ onların gündəlik həyatları ilə elə də əlaqəli deyl.
Aİ-nın idarə olunması mərhələli şəkildə həyata keçirilir, burda əsas rolu Avropa Komisiyası oynayır. Belə bir sistemin şəxsi adı da var – "Monne metodu". Aİ-nın banilərindən olan Jan Monne belə hesab edidi ki, Ai-nin tam formalaşması üçün hadisələr tələsdirilməməlidir. Bu səbədən də qurumla bağlı ilkin proseslər qapalı şəkildə və məhdud dairədə keçirilirdi. Üzvlərin bir qismi bu proseslərdə iştrak etmirdilər. Bu səbədən də Aİ sanki gizli şəkildə fəaliyyət göstərirdi. Bu səbədən də vacib qərarların verilməsi zamanı müəyyən problemlər yaranırdı. Rəsmi orqanlar demək olar ki, belə qərarları özbaşına verə bilmirdilər. Belə olan halda Aİ-nin əsas aparıcı üzvləri hadisələri nəzarətə götürərək hadisələrin gedişhatına nəzarət edirdilər. Almaniyanın birləşdirilməsi və Avronun istehsalı da məhz bu şəkildə verilmiş qərarlardandır. Belə vəziyyətdə əsas ölkələr qismində Fransa və Almaniya çıxış edir. Onlar daha çox digər təşkilatlar və müəyyən dövlətlərin dəstəyi ilə qərarlar verirlər.
Belə bir idarəetmə iki müxtəlif cəbhənin yaranması ilə nəticələnir. Onları şərti olaraq fəaliyyətlərinə əsasən "Aİ-1" və "Aİ-2" adlandıraq. "Aİ-1" Monne metodu ilə olan Avropadır. Burda idarəetməni Avropa Komissiyası, Avropa Şurası və Avropa Parlamenti təmin edir. Bu qurumun böyük siyasi gücü var. Avropa Komissiyası və Avropa Şurası arasındakı fərq "Aİ-1" və "Aİ-2" arasındakı fərqlə az oxşardır. Burda iki fərqli məsələ qabardılır. Hadisələrin necə olmalı olduğu və hadisələrin əslində necə olduğu. Söhbət həm adi vaxtlardan, həm də böhran dövründən gedir. "Aİ-2" öz fəaliyyətini daha çox pərdə arxasında görür. Buna görə də onları, bir növ Manne metoduna daha yaxın hesab etmək olar. Bu səbədən də Avropa Komisiyası hər hansı bir qərarı vermək istədikdə məhz bu yönümə yaxınlaşır. Onlar ölkə liderləri ilə qeyri-rəsmi məsləhətləşmələr aparırlar. "Aİ-2" əsas nümayəndələri Almaniya kansleri (İndi bu şəxs Angela Merkeldir) və Fransa prezidenti (Fransua Olland) hesab olunurlar. Onlarla eyni cəbhədə bir sıra digər dövlətlərin nümayəndələri ilə yanaşı Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu da var. Aİ-2 nin tərkibində düşmək imkanı daha çox Avropa Komissiyası və Avropa Şurasının nümayəndələri üçün xarakterikdir. Son zamanlar "Üçlük" termini daha geniş müzakirə mövzusu olub. Bu deyim Avropa Komisiyası, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondun rəhbərlərini xarakterizə edir. Onlar qitisadiyyatdan və problemli dövlətlərdən məsuliyyətlidirlər. Lakin bu amil tam reallığı əks etdirmir, bu gün Aİ-da ən vacib fiqur Almaniya kansleri Merkel hesab olunur. Bütün qərarlar onunla razılaşdırıldıqdan sonra verilir.

Problem yox, həll

Avropa haqda fikir bildirən mütəxəssislərin böyük əksəriyyəti daha çox ərazidəki problemləri qabartmağa çalışırlar. Regionda iki bir birindən asılı proses var - bunlar bölünmə və konfliktlərdir, lakin inteqrasiyanı da qeyd etmək lazımdır. Hazırkı böhranın genişmiqyaslılığı Aİ üçün gələcəkdə vahid tale baxımından böyük təcrübə qazandırır. Avropa sakinləri və onların siyasi liderləri başa düşdülər ki, bir-birlərindən asılıdırlar. Baş verən etirazların nəticəsində Avropa ölkələri və vətəndaşları qarşıya qoyulan siyasi məqsədlərini genişləndirib. Daxili seçkilər açıq şəkildə Avropa ölkələrindəki problemlərin göstəricisidir. Demək olar ki, bütün gündəlik qəzetlər (hətta Böyük Britaniyada da) Aİ-na həsr olunan məqalələr çap etdirir. Bu hadisənin böyük tarixi əhəmiyyəti var.
Mənim kimi Aİ-na uzun ömr və çiçəklənmə arzulaynalar özlərinə belə bir sual verə bilər: mənfi dəyişiklikləri müsbət dəyişikliklərlə əvəzləmək olarmı? Bu halda Aİ-2 böyük bir qüvvəyə çevrilərək demokratik müdaxilələr etmək gücündə olacaq. Belə olan halda insanlar Aİ-na məxsus olduqlarını tam olaraq dərk edib siyasətlərini də buna uyğun quracaqlar. İndi olduğu kimi, öz ölkəsinin maraqlarını güdmək ikinci plana keçəcək.
Avro onu yaradanlar tərəfindən qarşıya qoyulan məqsədlərə çatdı. Onun sayəsində Avrozona yarandı ki, bu da Avropa ölkələrini daha da yaxınlaşdırdı. Lakin bu proses sürətlə həyata keçdiyi üçün müəyyən çətinliklərlə müşahidə olundu. İqtisadi və maliyyə intizamı mexanizmləri hansı ki, Aİ da əzəldən olmalı idi, bu gün böhrandan sığortalanmaq üçün yaradılıb. Aİ-2 öz mahiyyətinə xas olmayan şəkildə, Almaniya ilə razılaşdırılmış planda olsa da, sürətli qərarlar verir. Demək olar ki, Almaniya vaxtı ilə müharibə yolu ilə əldə etmək istədiyini, danışıqlar vasitəsi ilə əldə edib. Söhbət Avropadakı dominant roldan gedir. Lakin uzunmüddətli gözləntilərdə "Almaniya Avropası" süquta məhkumdur. Belə ki, Almaniyanın müşahidə olunan liderliyi heç də birmənalı qarşılanmır. Bunu dəstəkləyən və ya dəstəkləməyən qüvvələr var. Avropa özü üçün vahid mərkəz müəyyənləşdirməlidir. Eyni zamanda vətəndaşların marağı da nəzərə alınmalıdır.
Nə qədər çətin səslənsə də Aİ ərazidə iqtisadi stabillik yaratmalıdır. Avropa perespektiv cəhətdən Amerikadan daha geniş imkanlara mailkdir. Lakin məlum idarəetmə bu zonaya daha da inkişaf etməyə imkan vermir. Avropada elə ölkələr var ki, böyük miqyaslı müqavilələr bağlamaq və çətin öhdəliklər götürmək gücündə deyllər. Lakin birləşmiş şəkildə bütün iqtisadi çətinlikləri aradan qaldırmaq olar. Aİ ümumilikdə ərazinin marağını təmin edən genişmiqyaslı layihələrə imza atmalıdır. Bununla da Aİ problemə deyl, həllə çevrilə bilər.

"Alman Avropası"

Birləşmiş Avropa ideyasının əsas tərəfdarlarından olan Yoşka Fişer deyir: "Aİ-nin məxfi qərarlar verməsinin qarşısını almaq və vətəndaşlar arasında nüfuzunu qaldırmaq üçün nə etmək lazımdır?" Bir qədər skeptik səslənsə də, Aİ-nın əsas problemləri məhz budur. Aİ-2 gizli şəkildə müşavirələr keçirir və qərarlar verir. Bu qərarlarla bağlı fikir bildirmək ya çətin məslə hesab olunur ya da ümumiyyətlə mümkün olmur. Belə olan halda məmurların qərarlarına təsir etməyin yeganə yolu kütləvi etirazlardır. Əhalinin marağı diqqətə alınmır. Hər hansı bir ölkə ilə bağlı verilən qərarlarda Almaniyanın mövqeyi daha çox diqqəti cəlb edir. Lakin ümumi iş sistemi böyük narazılıqlarla qarşılanır. Almaniyadakı nəşrlərdən biri belə bir ifadə ilə diqqəti çəkə bilmişdi: "Almaniya arxasınca aparır, amma gələnlər könülsüzdür". Eyni mənbə bildirib ki, İtaliyada, İspaniyada, Yunanıstanda və Kiprdə etirazlar zamanı insanlar keçəyə, əllərində Hitlerin bığları çəkilmiş Merkelin şəkilləri ilə çıxmışdılar. İtaliyada isə "Dördüncü Reyx" adlı məqalə daha çox qabarmışdı. Məqalədə Merkelin faşist salamı verən tərzdə şəkili də var idi.
Qərbi Avropada da anti-Almaniya çıxışları davam edir. Polşa müxalifətinin lideri Yaroslav Kaçinski, Merkelin Almaniya kansleri seçilməsini təsadüf adlandıranları qınayıb. Bu yöndə Merkel Ştazinin köməyindən istifadə edibmi?- sualına isə Kaçinski belə cavab verib: "Gəlin bu haqda danışmayaq". Kaçinski ölkədə anti- Almaniya meyarlarını daha da gücləndirir. Onun rəhbərlik etdiyi qruplar Aşağı Sileziyada haqq ədaləti bərpa etmək naminə alman təzyiqinə etirtaz edərək - "Bura Polşadır" lozunqu ilə çıxış etmişdilər. 2012-ci ilin yanvar ayında Budapeştə 1 milyondan çox insan küçələrə çıxaraq Aİ –na etiraz etmişdi. İnasnlar ölkənin daxili siyasətinə qarışan Aİ-na qarşı "Biz koloniya deylik" lozunqu ilə çıxış edirdilər.
Avropanın əsas çətinliyi Aİ-nin zəifliyindən qaynaqlanır. Demokratik qərarların verilməsi baxmından güclü liderin olmaması müəyyən çətinliklər yaradır. "Alman Avropa"sı əbədi deyl və qeyri-stabilliyi ilə seçilir. Bu səbədən də Aİ-nın gələcəyi federativ idarəetmədən keçir. Bu çıxış yolu üçün yeganə mümkün yoldur.