Almaniyada qadınların 50%-dən çoxu ictimai yerlərdə özlərini təhlükəsiz hiss etmir Dünya

Almaniyada qadınların 50%-dən çoxu ictimai yerlərdə özlərini təhlükəsiz hiss etmir

Almaniyada qadınların yarıdan çoxu ictimai yerlərdə özlərini təhlükəsiz hiss etmirlər.

APA xəbər verir ki, bu, Civey sosiologiya institutu tərəfindən Funke media qrupu üçün aparılan ictimai rəy sorğusunun nəticələrində öz əksini tapıb.

Sorğuya görə, qadınların 55%-i sadalanan ictimai məkanların heç birində özlərini təhlükəsiz hiss etmədiklərini bildiriblər ki, bunlara küçələr, ictimai nəqliyyat və parklar daxildir.

Onların fikrincə, klublar və qatar stansiyaları ən təhlükəli yer hesab olunur. Sorğuda iştirak edən qadınların yalnız 14%-i orada özlərini təhlükəsiz hiss etdiklərini bildirib.

Sorğu 23-27 oktyabr tarixləri arasında aparılıb. Sorğuda 5000 nəfər iştirak edib.