Azərbaycanın bank sektorunun xalis mənfəəti 10%-ə yaxın artıb İqtisadiyyat

Azərbaycanın bank sektorunun xalis mənfəəti 10%-ə yaxın artıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-sentyabr ayları ərzində 910.7 milyon manat xalis mənfəət əldə edib.

“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, qeyd olunan göstərici ötən ilin eyni dövrünə nisbətən 9.8% çoxdur.