09:09
903
Türkiyənin regionda, dünyada artan gücü, nüfuzu nəticəsində PKK ölü bir terror təşkilatına çevrildi. Artıq bu təşkilata silah və maddi yardım göstərən xarici ölkələr də yoruldular, istəklərinə nail ola bilməyəcəklərini gec də olsa dərk etdilər.
Bunu xalqcebhesi.az-a siyasi ekspert Fuad Əliyev deyib.
O, qeyd edib ki, bir yandan Rusiya-Ukrayna müharibəsi, digər tərəfdən İsrail-Fələstin münaqişəsi PKK-ya yardım göstərən ölkələrə böyük iqtisadi zərbə vurdu: "Bundan başqa PKK özü də Türkiyə kimi güclü dövlətə qarşı duruş gətirə bilməyəcəyini qəbul etmək məcburiyyətində qaldığından silahı yerə qoydu. Bu gecikmiş addım olsa da düzgün qərardır, təşkilatın başqa yolu yoxdur. Türkiyədə bütün xalqların hüquqları qorunur, onlara azadlıq verilib, amma bu o demək deyil ki, bundan sui-istifadə edib ərazi iddiasında olub, dövlətə qarşı silah işlədəsən. PKK-nın silahı yerə qoyub Türkiyə ərazisindən geri çəkilməsi daxildəki antiTürkiyə qüvvələrinə də ağır zərbə oldu. Sual oluna bilər ki, PKK-nın Türkiyə kənarında aktiv olan qolları rəsmi Ankaraya təhlükə yaradacaqmı? Ola bilər, amma bu müvəqqəti olacaq, onlar da reallığı dərk etmək məcburiyyətində qalıb, silahı yerə qoyacaqlar".
Cavid