Bakıda və rayonlarda külək güclənəcək Cəmiyyət

Bakıda və rayonlarda külək güclənəcək

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə oktyabrın 28-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Bu barədə Xalqcebhesi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında, Xızı, Xaçmaz, Qusar, Qobustan, Daşkəsəndə arabir cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.