Ötən ay ölkədaxili nağdsız əməliyyatların həcmi 24% artıb İqtisadiyyat

Ötən ay ölkədaxili nağdsız əməliyyatların həcmi 24% artıb

2025-ci il oktyabr ayının 1-nə Banklar və “Azərpoçt” MMC sistemləri üzrə dövriyyədəolan ödəniş kartlarının sayı ötən aya nəzərən 239 min ədəd artaraq 21 milyon 368 min ədəd təşkil edib.

Bu barədə “APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 13% artıb. Ödəniş kartlarında debet kartlarının sayı 16% artmış, kredit kartlarının sayı isə 7% azalıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərinhəcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 24% artıb.

2025-ci ilin sentyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,898 mln. manat təşkil edib.