16:08
798
ABŞ-ın "Lukoil" və "Rosneft"ə qarşı sanksiyaları AB ölkələrinin enerji təhlükəsizliyinə "qismən təsir göstərə" bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) sözçüsü Anna-Kaisa İtkonen AK-da keçirilən brifinqdə bildirib.
"Avropa İttifaqının bu sanksiyaları qismən Aİ ölkələrinə təsir edə bilər, qismən də təsirsizdir. Deyə bilərəm ki, biz ölkələrimizin və bu qərardan təsirlənən regiondakı namizəd ölkələr kimi qonşu ölkələrin enerji təhlükəsizliyini çox diqqətlə izləyirik. İndiyə qədər heç bir ciddi problem görməmişik", - deyə o, bu qərarın onlara təsir edəcəyi təqdirdə Aİ ölkələrinin "fəaliyyət planına malik olmasının" vacibliyini vurğulayıb.
Məryəm Quliyeva