Obama və Avropa Dünya

Obama və Avropa

Görünməyən siqnallar və yenilənmiş öhdəlik

Cavid

Bu gün qeyri-müəyyənlik dövründə Obamanın 2008-ci ildəki Berlin çıxışı möhtəşəm görünür. Əsasını gənclərin təşkil etdiyi 10 minlərlə insan ABŞ prezidentliyinə yeni namziədin çıxışını dinləmək üçün meydana toplaşmışıdılar. Musiqi sədaları altında müşayiət olunan kütlə, Buşa nifrətini açıq şəkildə göstərsə də, Obamanın gəlişini bayram kimi qeyd edirdi. Öz nitqində Obama almanları, eləcə də Avropalıları eşitmək istədiklərini deyirdi. Avropanın təhlükəsizliyi istiqamətində ABŞ-ın kəskin addımları və s. qarşılıqlı münasibətlər haqqında da bir sıra maraqlı fikirlər sələndirildi. Obamanın heç bir ölkə bizim birləşmiş qüvvələrimizə qalib gələ bilməz – deyimi isə uzun müddət davam edən alqışla müşaiət olundu. Görünür, Obama ilə təkcə Avropa qürurlanmırdı. Seçkidən sonra sadəcə Corc Buş olmadığına görə, Obamaya Nobel mükafatı təyin edilmişdi. Onunla bağlı gözləntilər sadəcə absurd kimi gürünürdü. Avropalıların Obama tərəfindən məyus olması sadəcə vaxt söhbəti idi.

Yadda qalan 2009-cu il

Mütəxəssis Enn Appelbaum "İnosmi"də yazır ki, hadisələrin axarı ilk ildəcə özünü göstərməyə başladı. Obama və Avropa arasındakı münsibətlər ilk ildə 3 hadisə ilə yadda qaldı. 2009-cu ilin mart ayında ABŞ dövlət katibi Hilari Klinton Rusiyadan olan həmkarı Sergey Lavrovla görüşərək qarşılıqlı münasibətlərin yaxşılaşdırılması ilə bağlı anlaşma əldə etdilər. Belə ehtimal olunurdu ki, Rusiya və ABŞ arasındakı münasibətlər bu görüşdən sonra artan sürətlə davam edəcək. Digər yadda qalan hadisə isə 2009-cu ilin aprel ayında yaşandı. NATO-nun növbəti sammitində (Həm də 60 illik yubileyi idi) ABŞ Əfqanıstandakı hərbiçilərin sayının artırılmasını təklif etsə də, buna heç bir dövlət müsbət reaksiya vermədi. Üçüncü epizod isə həmin ilin sentyabr ayında yaşandı. ABŞ Qərbi Avropada anti raket müdafiəsi üçün təyin olunmuş silahlı qruplaşmalarının geri çağırılması qərarını verdi. Bu proqram daha çox Çexiya və Polşa ölkələri üçün sərf edirdi. Onlar ABŞ hesabına bu sahədəki xərclərdən xilas olmuşdular. Odur ki, Obamanın bu qərarı sözügedən ölkələrdə birmənalı qarşılanmadı. Ölkələr buna hazır olmadıqları üçün çətin vəziyyətə düşdülər. Bir sözlə, artıq 2009-cu ildə Obamanın Avropa ilə bağlı planlarının nədən ibarət olacağı məlum olmuşdu. Bu günə qədər nə Obama, nə də onun administrasiyası Avropanın təhlükəsizliyi ilə bağlı heç bir ciddi qərar verməyiblər. Onlar Avropanı darıxdırıcı və təhlükəsiz bir zona kimi görürlər. Bundan baqşa Avropanın Əfqanıstanla bağlı məsələdə, ABŞ-a dəstək olmaması bu qitəyə qarşı münasibətlərin dəyişməsində əsas rol oynamışdı. Qərbi Avropadan ABŞ silahlılarının çıxarılması da Aİ tərəfindən heç bir ciddi reaksiya ilə müşahidə olunmadı. Beləliklə də tərəflar arasındakı soyuqluq get gedə artırdı. Son zamanlar isə Aİ və ABŞ maraqları Ukrayna ətrafında uyğunlaşıb. Rusiya ilə münasibətlərdə də elə bir irəliləyiş müşahidə olunmurdu. İlkin illərdə hər şeyin normal getdiyini və münaqişədə günahkarın əvvəlki idarəedicilərin olduğu təsəvürü yaranmışdı. 2008-ci ildə Rusiya - Gürcüstan münasibətlərində də əsas günahkar kimi Mixael Saakşvillinin adı çəkilirdi. Dərin psixoloji, fəlsəfi və siyasi müzakirələrə əsasən də Rusiya – ABŞ münasibətləri haqda dəqiq nəsə demək çətin idi.
Rusiya ilə münasibətlərin pisləşməsi prosesi "Marşall" fondunun Brusseldəki formu zamanı baş verdi. Həmin təbirdə Sergey Lavrov NATO-nu Rusiyanı aldatmaqda günahlandıraraq, bu qurumu Rusiyanın düşmanı kimi qələmə verdi. O bildirdi ki, Avropanın müdafiəsini Aİ-na tabe qurumun həyata keçirməsi daha məqsədyönlü olardı. Ardınca Lavrov bildirdi ki, əgər Avropada Rusiyanın enerji siyasətinə qarşı çıxan olsa, onlar asanlqıla öz qaz ehtiyatlarını Asiyada satmağa başlayacaqlar.

Buraxılmış siqnallar

Bu hadisələr, münasibətlərinə yenidən baxmaq istəyən dövlətlər üçün elə də uyğun deyldi. Rusiya isə hamını dəhşətə salan "Qərb 2009" adlı hərbi təlim keçirdi. Burda Rus hərbiçiləri NATO səviyyəsində rəqibə qarşı necə mübarizə aparmalı və Varşavaya soxulmağın planlarını qururdular. Təlimdə hər şey Varşavanın sonda partladılamsı ilə nəticələndi. Bundan sonra Pribaltika ölkələri, elə cə Polşa NATO qüvvələrinin regionda yerləşdirilməsinə daha çox önəm verməyə başladılar. Onlar hesab edirdilər ki, Rusiya gec-tez Gürcüstan məsələsində olduğu kimi təlimlərini reallığa çevirəcək. Lakin nə NATO, nə də Obama administrasiyası hadisələrə ciddi yanaşmırdılar. Rusiyanın Avropa üçün təhlükəli olması absurd fikir kimi görünürdü. Obama administrasiyası sadəlövlüyü ilə seçilirdi. Nə 2009-cu ildə, nə də 2010-cu ildə ABŞ tərəfi Putinə qarşı heç bir sərt çıxışları ilə seçilmədilər. Buna baxmayayaq Obama və Putinin ilk görüşündə Rusyanın rəhbəri daha qətiyyətli və daha sərt görünürdü. Ağ Ev hələ də inanırdı ki, Putini idarə edə bilər. Dimitri Medvedevin hakimiyyəti dövründə Obama administrasiyası onunla birbaşa əlaqəyə çıxmağa çalışsa da, bu mümkün olmadı. Ağ evin siyasəti, Medvedevi "əsl prezident" kimi görməyə vadar edirdi. Buna baxmayaraq Əfqanıstandakı ABŞ ordusuna ləvazimatların çatdırılamsı, eləcə də İranla bağlı danışıqlar daima tərəflər arasında mübahisə ilə müşahidə olunub. Almaniyanın kansleri Angela Merkel də ABŞ kimi davranaraq, Medvedevlə münasibətlərini başqa sferada qurmağa çalışırdı. Lakin təbii ki, bu heç bir əhəmiyət vermirdi. Əvəzinə İtaliyanın baş naziri Silvio Berluskoni Sardiniyada Putinlə istirahət edirdi. Putin isə daha çox ictimai yerlərdə görünməsi ilə seçilirdi. O Polşada 2-ci Dünya müharibəsinə həsr olunmuş sərgidə görünməklə çoxlarını təəcübləndirmişdi. Əvvəllər Rusiya liderləri müharibənin 1939-cu ildə başlamasını təbliğ edən tədbirlərə qatılmırdılar. Onların düşüncəsinə görə əsl müharibə 1941-ci ildə faşist Almaniyasının SSRİ-yə müharibə elan etdiyi vaxt başlayıb. Buna baxmayaraq ABŞ Rusiya ilə münasibətlərində köklü dəyişikliyə getməyə can atmırdı. 2013-cü ildə Rusyada "Qərb 2009" adlı hərbi təliminin tam oxşarı təkrar olundu. Prosesə 70 minə yaxın hərbiçi qatılmışdı. Sankt Peterburq şəhərində bütün rezerv qüvvələrdən istifadə olunmuşdu. Rusiya 100 milyonlarla ölçülən hərbi gücünü nümaiş etdirirdi.
Buna cavab olaraq NATO da Avropanın qərbində hərbi hazırlıq keçdi. Təlimlərə ABŞ-dan sadəcə 160 əsgər qatılsa da, Almaniya daha az sayda hərbiçi ilə təmsil olundu. Cəmi 55 nəfər. Əvəzində Fransa və Polşanı bu prosesdə 1000 nəfərdən çox silahlı qüvvə təmsil edirdi. Bu NATO-nun 2006-cı ildən sonra ən genişmiqyaslı hərbi təlimi idi.

Kəskinləşən münasibətlər

Buna baxmayaraq hadisələri nəzarət altında saxlamq olurdu. Lakin bütün prosesləri iki vacib hadisə pozdu. Əvvəlcə Qərb Liviyada könüllüləri dəstəkləmək üçün yardım göndərdi. Bu 2011-ci ildəki çevrilişdə baş verdi. Bu hadisələr NATO-nu əslində elə də güclü struktur olmadığını göstərdi. Liviyadakı hadisələri Böyük Britaniya və Fransa dəstəkləyirdi. Türkiyə və Almaniya isə buna qarşı çıxdılar. ABŞ isə hadisələri izləməklə kifayətlənirdi. 1999-cu ildə NATO Kosovo hadisələrində bir gündə 1200 hərbi təyyarənin vasitəsi ilə gündə 800 uçuş həyata keçirirdi. Liviyada isə hərbi təyyarələrin sayı 250, gündəlik üçüşların sayı isə 120-ə bərabər idi. Bu da alyans dövlətlərinin vaxt getdikcə hərbi ehtiyatlarının tükənməsi fonunda baş verirdi. Lakin NATO-nun pis yaxşı müdaxiləsi Qəddafinin getməsi ilə nəticələndi ki, bu da bir növ Rusiyanı qorxutdu. 1989-cu ildə Qəbri Almaniya hadisələri zamanı Putin Drezdendə xidmət edirdi. Həmin vaxtdan onun insanların küçələrdə etiraz etməsinə qarşı fobiyası yaranmışdı. 2004-cü ildə Ukraynadkı "Narıncı İnqilab" Putindəki bu hissləri daha da gücləndirmişdi. Liviya hadisələri isə Putin üçün daha bir qorxulu təcrübə idi. Liviyada Qərbin dəstəyi ilə küçə hadisələri sonda diktatorun ölümü ilə nəticələndi. Kim ki, bir neçə ay əvvəl hər şeyi nəzarətdə saxladığını bildirmişdi. Bundan sonra Rusiyada parlament seçkiləri keçirildi. Seçkilərin nəticələri və keçirilmə prosesi əhalini razı salmamışdı. Eyni zamanda Putinin üçüncü dəfə prezident seçiləcəyi ilə bağlı söhbətlərin dolaşması Rusiyada müəyyən dairələrin səbrini daşırmışdı. Nəticədə minlərlə insan Moskvada və Sankt Perterburqda küçələrə çıxaraq etiraz etməyə başladılar. Putin isə bunu Obamanın işi adlandıraraq hadisələrin başında Hilari Klintonun durduğunu bildirdi. Nəticədə əhalinin etirazı qısa zamanda dayandırıldı. Etirazçıların böyük əksəriyyəti orta təbəqənin nümayəndləri idi, əhalinin böyük əksəriyyəti isə onlara dəstək olmurdu. Bu səbədən də Putin 2014-cü ildə Ukraynada baş verən hadisələrə kəskin münasibət bildirdi.
Nəticədə Rusiya Krımı özünə qaytardı və Qərbi Ukraynada fəaliyyətə başladı. Bu hadisə Obama administrasiyasının Rusiyaya qarşı münasibətinə yenidən baxması ilə nəticələndi. Buna cavab olaraq Rusiya Estoniya, Latviya, Litva eləcə də Finlandiya və İsveçrəyə soxulmaqla bağlı hərbi təlimlər keçirməyə başladı. Bunu reallaşdırmaq üçün Rusiya, Ukrayna hadisələrində olduğu kimi, istədiyi sayda saxta dəlil formalaşdıra bilərdi.
Cavab olaraq Obama 2014-cü ilin yay aylarında Tallində və Varşavada ümidverici nitq söylədi. Polşada azad seçkilərin 25 illiyinin qeyd olunması mərasimində Obama bu dövlətin NATO və ABŞ tərəfindən istənilən vaxt müdafiə oluna biləcəyinin mümkünlüyü haqda danışırdı: "Bizim tərəfdaşlarımızdan birinə hücum birbaşa bizə hücum deməkdir"- deyə Amerika prezidenti fikirlərini yekunlaşdırmışdı. Obama administrasiyasının Rusiyaya qarşı iqtisadi sanksiyaları isə hələ də davam etməkdədir.