

Qazaxıstan prezidenti konstitusiyaya dəyişiklikləri açıqlayıb
Ağbənd-Kəlalə körpüsünün tikintisi bu ilin sonunadək başa çatacaq
ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenin Azərbaycana səfəri təxirə salınıb
Azərbaycan, İran və Rusiya nümayəndə heyətləri Astara-Rəşt dəmiryoluna birgə baxış keçiriblər
Qazaxıstan yaşıl enerji, atom enerjisi və İT sahəsində əməkdaşlıqda maraqlıdır.
APA xəbər verir ki, bunu Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 21-ci iclasında komissiyanın həmsədri - Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev deyib.
Nazir yaşıl enerjinin nəqli məsələsində regional əməkdaşlığın vacib olduğunu bildirib: “Əhəmiyyət daşıyan bir məsələ isə 2024-cü ilin noyabrında Bakıda Qazaxıstan, Azərbaycan və Özbəkistan prezidentləri tərəfindən imzalanmış “yaşıl enerji” sahəsində üçtərəfli sazişdir. Biz həmçinin atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində də əməkdaşlığa hazırıq”.
Müasir iqtisadiyyatın artıq rəqəmsal texnologiyalardan ayrılmaz olduğunu qeyd edən Sauranbayev bu sahədə də əməkdaşlıq üçün geniş imkanlar olduğunu qeyd edib: “Birgə İT layihələri və süni intellekt üzrə araşdırma mərkəzlərinin yaradılması üzərində də qardaş Azərbaycanla işləməyə hazırıq. Bu yalnız texnologiya mübadiləsi deyil, həm də rəqəmsal etimad mühitinin qurulmasıdır”.
Nazir əlavə edib ki, Qazaxıstan Azərbaycanın iqlim diplomatiyasında göstərdiyi liderliyi təqdir edir. O, çıxışında Qazaxıstanın Bakıda keçirilən COP29-un nəticələrini yüksək qiymətləndirdiyini və Azərbaycanın iqlim diplomatiyasında göstərdiyi liderliyi təqdir etdiyini vurğulayıb.
"Biz insan inkişafı və iqlim davamlılığı üzrə beynəlxalq prinsipləri dəstəkləyirik və Xəzər dənizi hövzəsində “yaşıl enerji” layihələrini birgə həyata keçirməyə hazırıq", - o bildirib.