Klinton və Tramp növbəti mühüm debata hazırlaşır Dünya

Klinton və Tramp növbəti mühüm debata hazırlaşır

ABŞ prezidentliyinə namizədlər Hillari Klinton və Donald Tramp bazar günü aralarında növbəti, ikinci debata hazırlaşır. Onların vitse-prezidentliyə namizədləri, Virciniya ştatından demokrat senator Tom Keyn və İndiana ştatının respublikaçı qubernatoru Mayk Pens çərşənbə axşamı günü 90 dəqiqəlik debat zamanı prezidentliyə namizədləri tənqidlərə məruz qoyub. Təhlilçilərin bir çoxu keçirilmiş rəy sorğularına əsasən Pensin debatda qələbə çaldığını deməsinə baxmayaraq, bunun belə görünür, seçicilərin səslərini qazanmağa üçün böyük əhəmiyyəti olmayacağını deyib.
Üz-üzə keçən debatda Keyn seçki kampaniyasının 16 ayı ərzində Donald Trampın mühacirət, vergilər, xarici siyasət və başqa məsələlərlə bağlı bəyanatlarını qeyd edərək, Pensi onu müdafiə etmək kimi bir vəziyyətdə qoymağa çalışıb. Lakin Pens debat zamanı dəfələrlə Keynin istehzalarına əhəmiyyət verməyərək, əksinə özü Klintonun 2009-2013-cü illərdə ölkənin baş diplomatı kimi fəaliyyətini kəskin tənqidlərə məruz qoyub və onun yürütdüyü siyasətin Yaxın Şərqdə beynəlxalq terrorizm və qeyri-sabitliyə gətirib çıxardığını deyib. Həm Klinton, həm Tramp seçki tərəfdaşlarının debatda çıxışlarını yüksək qiymətləndirib.
"Mayk Pensin müdafiəsinə deyə bilərik ki, biz də Donald Trampı müdafiə etmək istəməzdik"-deyə Klinton Twitter səhifəsində yazıb. Daha bir şərhdə Klinton "Yaxşı ki bu gün axşam bölüşdüyümüz birgə baxışları inkar etmək deyil, müdafiə edən Tim Keyn kimi tərəfdaşım var!" Tramp isə öz Twitter səhifəsində yazıb: "Mayk Pens böyük qələbə əldə etdi. Biz hamımız Maykla fəxr etməliyik!"
Təhlilçilərin fikrincə, Trampın Klintonla növbəti debatda Pens kimi intizamlı davranacağı sual altındadır. Tovnhall adlanan formatda keçəcək bu debat zamanı moderatorla yanaşı, prezidentliyə namizədlərə auditoriyadan da səslərini kimə verəcəklərini müəyyən etməmiş seçicilər sullar verəcək. İlk debat zamanı Hillari Klintonun Donald Trampı müdafiə vəziyyətində qoyması və ona ABŞ-ın siyasi ənənəsinə görə vergilərini açıqlamaqdan imtina etməsi, qadınlara münasibətdə təhqiramiz ifadələr işlətməsi və prezident Barak Obamanın Keniyada anadan olduğu və buna görə də ABŞ vətəndaşı olmadığına dair saxta iddianı təsdiq etməyə çalışması ilə bağlı meydan oxuması onun qələbəsi hesab edilmişdi.
New York Times qəzetinin Tramp üçün debatdan sonrakı çətin həftə 1995-ci ildə biznesinin 916 milyon dəyərində itki verməsi ilə bağlı vergi sənədlərini açıqlaması isə geniş ictimai müzakirələrə yol açıb. Bu maliyə itkiləri o qədər böyükdür ki, onun son 18 ildə əldə etdiyi gəlirlərdən qanuni yolla milyonlarla dollar kompensasiya ala və gəlir vergilərindən yayınmasına imkan yarada bilərdi. Son rəy sorğuları göstərir ki, həlledici bir sıra ştatlarda dəstəyin artması ilə Klintonun ABŞ-ın 45-ci prezident olmaq şansları da artır.