Qərb İŞİD-i dəstəkləyir? Dünya

Qərb İŞİD-i dəstəkləyir?

Palmiraya hücum Hələblə bağlıdır. Onlar Suriya ordusunun şəhərdəki irəliləyişini dayandırmağa çalışırlar. Bunu Suriya Prezidenti Bəşər Əsəd Rusiyanın RT telekanalına müsahibəsində deyib. Dövlət başçısının sözlərinə görə, Qərb ölkələri terrorçuların məğlub edilməsini istəmir: "Düşündülər ki, ordunu Palmiraya yönəldəcəyik, Hələb yaddan çıxacaq. Təbii ki, bu planlar işə yaramadı. Qərb dinc sakinləri yox, terrorçuları qoruyur. İŞİD Palmiraya hücum etdikdən sonra heç bir Qərb ölkəsi buna reaksiya vermədi.
Onlar israrla Rusiya və İrandan, öz dilləri ilə desək, "şiddəti dayandırmağı" tələb edirlər. Ancaq qısa müddət öncə 6 Qərb ölkəsi atəşkəs imzalanmasını tələb edirdi. Bu, ordunun irəlilədiyi bir vaxtda baş vermişdi. Siyasətdə sətiraltı mənaları oxumaq çox önəmlidir. Nə soruşduqları önəmli deyil. Açıqlamalar bu şəkildə verilir: Rusiya Suriya ordusunun terrorçulara qarşı irəliləyişini dayandırsın. Açıqlamanın əsl mənası isə belədir: Terrorçulara qalib gələrək çox irəli getdiniz, belə olmamalıydı. Suriyalılara bunu deməlisən. Terrorçular bölgədə qalmalı və onları müdafiə etmək məcburiyyətindəyik".