Donald Trampın nüvə siyasəti Dünya

Donald Trampın nüvə siyasəti

Birləşmiş Millətlər Təşkilatı nüvə silhalarını qadağan edəcək razılıqla bağlı danışıqlar başladıb. Bu, Birləşmiş Ştatların nüvə silahlarının hazırkı rolunu nəzərdən keçirməyə başladığı bir vaxta təsadüf edir. Barak Obama xələfinin onun həyata keçirdiyi bir çox tədbirləri ləğv edəcəyini bilirdi. Bunlardan biri də Obamanın bütün düyada nüvə silahı olmayan bir şərait yaratmaq cəhdi idi.
2010-cu ildən bəri keçirilən ilk nüvə silahı icmalından sonra Birləşmiş Ştatlar nüvə silahları sınaqlarına tətbiq edilən mortatoriuma son qoya bilər. "Biz son 20 ildə sınaq həyata keçirməmişik. O zamandan bəri biz nüvə başlıqlarına bəzi dəyişikliklər etmişik və bu dəyişikliklərin hərbi əməliyyat zamanı nələrə səbəb olacağını tam olaraq bilmirik",- deyə Heritage Fondundan Mikaela Dodc bildirir.
Nüvə icmalında iştirak edən Milli Təhlükəsizlik Şurasının rəsmilərinin dediyinə görə onlar ABŞ-ın sahib olduğu nüvə silahlarının sayını yenidən hesablayıb, mümkündür ki, onların arasına yenilərini əlavə edəcəklər. Bütün bunlar Birləşmiş Ştatlardan daha böyük nüvə ehtiyatına sahib olan Rusiya tərəfindən yaxından izlənilir. "Belə görünür ki, yeni adminstrasiyanın hələ heç bir nüvə siyasəti yoxdur. Bunun üçün hələ tezdir də. Lakin problem ondadır ki, Respublikaçılar Partiyasında silahlara nəzarət tərəfdarları, demək olar, qalmayıb",- Rusiya xarici işlər nazirliyindən Sergey Poqov deyir.
Yüksək səviyyəli rus rəsmiləri münasibətlərin yenidən bərpa olunmasını istədiklərini deyir. Buna Vaşinqtonla nüvə silahları ilə bağlı danışıqların bərpası da daxildir. Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutundan Viktor Mızin: "Əgər ABŞ ilk addım atsa və maraqlı bir təklif irəli sürsə, Rusiyanın bunu rədd etməsi çox çətin olacaq." Lakin Vaşinqtonda bəzi mühitlərdə ruslara etimadla bağlı xeyli skpetisizm var. Ruslar hazırda mövcud olan nüvə silahları razılıqlarına əməl etməməkdə günahlandırılır.
"Adətən Birləşmiş Ştatlar bu razılıqlara tamamilə əməl edir, eyni zamanda isə razılıqların qüvvədə qalması üçün Rusiyaya daha çox çeviklik verir",- Miakela Dodc deyir. Silahlara nəzarət tərəfdarları ümid edir ki, Nüvə İcmalından sonra nüvə silahlarının yayılmaması üçün kifayət qədər dəstək qalacaq. Silahlara Nəzarət Assosiasiyasının icraçı direktoru Daril Kimbal: "Fikrimcə, zamanla prezident Tramp və onun Pentaqondakı komandası Rusiyaya silah məhdudiyyyətlərinin tətbiq olunmasının vacibliyi anlayacaqlar. Biz yeni silah yarışı istəmirik. Biz həmçinin yeni nüvə silahları, eləcə də qlobal silahların azaldılması və nüvə silahlarının yayılmamsı proseslərinə ciddi mənfi təsirləri olacaq nüvə sınaqlarına da yol açmaq istəmirik".
Nüvə icmalının 12-18 ay çəkəcəyi gözlənilir. Bu isə Tramp administrasiya ilə Pentaqon rəsmiləri arasında güclü debatın baş tutması üçün kifayət qədər vaxtın olduğu deməkdir.