Suriyada müharibə bitib, Əsəd qalibdir? Dünya

Suriyada müharibə bitib, Əsəd qalibdir?

"Ötən həftə Suriyadan mobil telefonuma bir mesaj gəldi: "General Xadur vədini yerinə yetirdi". Mən bunun nə demək olduğunu bilirdim. Beş il bundan əvvəl "islamçı" döyüşçülərin atəş altında olan Hələbin şərqindəki kiçik bir qəsəbədə bir yığın Suriya əsgərinə əmr verən Məhəmməd Xadurla tanış oldum. O zaman mənə xəritəsini göstərdi və dedi ki, şəhəri 11 günə azad edəcək".
"Strateq" "İndependent"in müxbirinə (Böyük Britaniya) istinadən yazır ki, "bu ilin iyul ayında Hələbdən çox-çox uzaqda olan Suriya çölünün Şərqində Xadurla bir daha görüşdüm. Onun sözlərinə görə, avqustun sonunadək mühasirəyə alınmış Deyr-əz-Zora daxil olacaqdı. Ona xatırlatdım ki, son görüşümüzdə 11 gün ərzində Hələbi geri alacağını söyləmişdi, amma Suriya ordusunu geri çəkməsi ucbatından dörd il gözləməli oldu. General: "Bu, çoxdan olub. O günlərdə ordu hələ partizan müharibəsi aparmağı öyrənməmişdi. Ordu Colan təpələrini geri almaq və Dəməşqi müdafiə etmək üçün təlim keçmişdi. Ancaq indi mübarizə aparmağı öyrəniblər".
Həqiqətən də elədir. Səhradan çıxan Xadur dedi ki, o, Suxna şəhərini bombalayacaq, ruslar artıq bombardmanın çox hissəsini edib və suriyalı əsgərlər üç ildir İŞİD-lə əhatə olunmuş Deyr-əz-Zorun mühasirəsini yaracaqlar. 80 min əhalisi və 10 min əsgər olan şəhərə Xadur avqustun 23-də yetişəcəkdi. O, hədəfə demək olar ki, çatdı. İndi general Deyr-əz-Zorun qalan hissəsinə, sonra isə Suriya-İraq sərhədinə doğru yola düşür.
Şəhərin ələ keçirilməsi və Xadurun sərhəddə, habelə Hələbin rejimin əlində olduğunu dövrdə Suriya qəsəbələrinin təslim olması əvəzinə, ("əl-Qaidə" də daxil olmaqla) "islamçı" üsyançılara yalnız İdlib əyalətinə getməsinə icazə verilir. Qərbdə həmişə ağlagəlməz sayılan şeylər indi baş verir: Bəşər Əsədin qüvvələri müharibədə qalib gəlir. Suriyanın ən sevimli zabitlərindən olan Həsən Saleh – "Pələng" – Rusiya müdafiə naziri tərəfindən iki dəfə xatırlanan adam Deyr əz-Zorda olan 137-ci Suriya briqadanın tərkibində şəhərə girib, Xadur isə (onlar dostdurlar) oradakı hava limanını azad edib.
Amerikalıların bu hava limanı yaxınlığında Suriya əsgərlərini bombaladığı və onlardan təxminən 60 nəfərini öldürdükləri günün xatırlayanlar varmı? Bu hücumdan sonra İŞİD şəhərin qalan hissəsində nəzarəti ələ almışdı. Suriyalılar Amerikanın "səhv" etdiyinə heç vaxt inanmadı. Yalnız ruslar ABŞ-ın hava qüvvələrinin Suriya ordusunu bombaladığını söylədi.
İngilislər artıq mesajı almış kimi görünürlər. Onlar ötən həftə öz hərbi təlimçilərini hiyləgərcəsinə geri çəkdilər – bu adamlar Əsəd hökumətini devirmək üçün David Cameronun güman edilən mifik "70 min üsyançı"sını hazırlamaq niyyətində idilər. Hətta bu yay rejimin 80 mindən çox mülki sakinini öldürdüyünə dair BMT-nin hesabatına və Donald Trampın Suriya hava bazasına raket hücumuna dəstək verən avropalı siyasətçilər özlərini itiriblər.
Bəs İsrail? Əsədin devrilməsi üçün qüvvələrini səfərbər edən, "Hizbullah" və İranın digər müttəfiqlərini bombalayan, İsraildə suriyalı "islamçı" döyüşçülərə tibbi yardım göstərən dövlət… Benyamin Netanyahunun Soçidə Vladimir Putinlə görüşdüyü zaman belə "dolaşıq" və "emosional" olması təbii idi. Putin dedi ki, İran bölgədə Rusiyanın strateji müttəfiqidir. İsrail isə Rusiyanın mühüm tərəfdaşıdır. Bu, Netanyahunun əsla eşitmək istəmədiyi idi.
Suriyalıların təkrarlanan qələbələri, Suriya ordusunun bölgədəki müharibədə "bərkimiş" vəziyyətdə olduğunu aydındır. Əsgərlər indi vahid komanda qərargahından və kəşfiyyat məlumatları koordinasiya etdirilməklə hərəkət edir. St. Antoni Kollecinin sabiq baş elmi əməkdaşı Şarmina Narvaninin dediyi kimi, hazırda Suriyada mövcud olan ittifaqın BMT Təhlükəsizlik Şurasının iki üzvü – Rusiya və Çindən ibarət siyasi örtüyü var.
Yaxşı, İsrail nə edəcək? Netanyahu İranın nüvə proqramı ilə başını elə qatıb ki, Obama, Hillari Klinton, Tramp, Kameron, Mey, Holland və Qərbdəki siyasi elitanın digər üzvlərinə güvənərək, Əsədin qalib gələcəyini və daha çox güclü İraq ordusunun da Mosul dağıntılarından çıxa biləcəyini təsəvvürünə belə gətirməyib. Netanyahu hələ də kürdlərə dəstək verir, amma nə Suriya, nə Türkiyə, nə İran, nə də İraq kürd milli istəklərini dəstəkləməkdə maraqlı deyil. "Suriya Demokratik Qüvvələri" tərkibindəki kürd milislərinin hərbi məqsədlər üçün istifadə etməsinə baxmayaraq, onlar heç də demokratik deyil, ABŞ dəstəyi olmadan isə qüvvə.
Buna görə də Donald Trump və Kim Çen Inın Üçüncü Dünya Müharibəsini başlamasını gözləyərkən, Yaxın Şərqin hərbi xəritəsinin əhəmiyyətli dərəcədə, qanlı bir şəkildə dəyişdiyinin fərqinə varmamışıq. Suriya və İraq (və Yəməndən) əvvəlki illərdəki kimi olacaq. Vaşinqtona yardım üçün çağırış etməkdən yorulmayan israillilər, yenə də Putinin ayağına getmək məcburiyyətində qalacaqlar. Əsədin İŞİD-dən daha böyük təhdid olduğunu iddia edən İsrail də yenidən düşünməyə məhkumdur – ən azı öz şimal sərhədini təhlükəsiz saxlamaq istəyərkən, Əsədlə danışacaqlar aparmaq üçün.