Roma Papasının erməni sevgisi Dünya

Roma Papasının erməni sevgisi

Fransisk qondarma "erməni soyqırımı"nın 100 illiyini qeyd edəcək

Roma Papası Fransisk 2015-ci il aprelin 12-də uydurma "erməni soyqrımı"nın 100-cü ildönümü ilə əlaqədar ayin keçirəcək.
APA-nın "news.am" saytına istinadən verdiyi xəbərə görə, bunu Buenos-Ayresin baş yepiskopu Mario Poli bəyan edib.
"Roma Papası soyqırımın tanınması üçün messiya icra etmək barədə patriarx 19-cu Nerses Bedros vasitəsilə Erməni Katolik Kilsəsinin bir il əvvəl etdiyi müraciətə cavab verib", - deyə pastor Pablo Hakimyan bildirib.
Agentliyin xəbərinə görə, ötən ilin iyununda Nerses Bedrosla görüşən Papa "soyqırım" hadisəsini yaşamış şəxsin qızını qəbul edib və onu dinləyərək deyib: "Bu, XX əsrin ilk soyqırımı olub".