Obamadan Rusiyaya təşəkkür Dünya

Obamadan Rusiyaya təşəkkür

"Biz müttəfiq və tərəfdaşlarımıza minnətdarıq - Danimarka, Norveç, İtaliya, Finlandiya, Almaniya və Böyük Britaniya - bu missiyaya öz töhfələrini verdiklərinə görə. Biz Rusiya və Çinin dəstəyini də yüksək qiymətləndiririk" - deyə Obamanın Suriyada kimyəvi silahların məhvi ilə bağlı şərhində deyilir.
O bildirib ki, Suriyada kimyəvi silahların məhv edilməsi Rusiya və Çində daxil olmaqla bir sıra ölkələrin müdaxiləsi ilə mümkün olub.
Qeyd edək ki, Pentaqonun rəsmi nümayəndəsinin verdiyi xəbərə görə, Suriya kimyəvi silahları "Care Ray" gəmisinin göyərtəsində məhv edilib. O, əlavə edib ki, ABŞ Suriyanın kimyəvi silah istehsal edən obyektlərin də məhvi barədə verdiyi sözü necə icra edəcəyini axıradək izləyəcək.