Özbəkistan parlamenti təsdiq etdi: Yeni baş nazir... Dünya

Özbəkistan parlamenti təsdiq etdi: Yeni baş nazir...

Özbəkistan parlamenti Abdulla Aripovun baş nazir vəzifəsinə namizədliyini təsdiq edib.
Bu məlumatı “RİA Novosti” agentliyi yayıb.
Məlumata görə, Senatın 97 üzvü onun lehinə səs verib.
Qeyd edək ki, Aripovun 58 yaşı var. O, 2016-cı ildən bu vəzifəni icra edir.