Ermənistanda “Maydan” hazırlığı Dünya

Ermənistanda “Maydan” hazırlığı

Hesabat: "Qərb artıq açıq formada Ermənistanda dəyişikliklər baş verməsi üçün addımlar atmağa başlayıb"

Beynəlxalq Jurnalistlər Araşdırması Mərkəzi Ermənistanla bağlı növbəti hesabat hazırlayıb. Hesabat Ermənistanın son zamanlar yürütdüyü siyasətə həsr olunub.
Qurumun bildirdiyinə görə, Ermənistanda son zamanlar baş verən hadisələr növbəti "Maydan"ın İrəvanda yaşanacağına dəlalət etməkdədir: "ABŞ və Qərb Sarkisiyanın prezidentlik məsələsini dəstəkləmək məsələsində uzun müddət tərəddüd etdi, onlar seçim arasında qalaraq müxalifətə, yoxsa Sarkisiyana dəstək verib verməyəcəyini aydınlaşdıra bilməmişdilər. Qərb bir müddət elə zənn edirdi ki, Sarkisyan Rusiyaya qarşı loyal münasibət göstərərək Avropa ilə münasibətləri normallaşdıracaq. Amma Qərb istədiyini Sarkisiyandan ala bilmədi, nəticədə ABŞ və Qərbin planlarında dəyişiklik baş verdi. Qərb artıq açıq formada Ermənistanda dəyişikliklər baş verməsi üçün addımlar atmağa başlayıb".
Qeyd olunur ki, artıq ABŞ və Qərbin bir sıra qurumları Ermənistanda müxalifət və QHT-lərə ayırdıqları maliyyəni dəfələrlə artırıb. Ermənistanda olan müxalifət partiyaları və QHT-lərin son bir ildə Qərbdən aldıqları qrantın məbləği son on ildə aldıqları məbləğdən çoxdur. Jurnalist qurumunun hesabatında qeyd olunub ki, Ermənistan müxalifəti və QHT-ləri son dövrlər münasibətlərini daha da yaxınlaşdırıblar. Bu qurumlar hazırda insanları küçələrə çıxarmaq üçün müxtəlif plan və variantları müzakirə edir".